Kompüter elmləri ilə uğura doğru!

Kompüter elmləri ilə uğura doğru!

Kompüter elmləri ilə uğura doğru!

Kompüter elmləri ilə uğura doğru!

   Kompüter elmləri kompüterlərin və hesablama sistemlərinin öyrənilməsidir. Elektrik və kompüter mühəndislərindən fərqli olaraq, kompüter alimləri əsasən proqram və proqram sistemləri ilə məşğul olurlar. Buraya onların nəzəriyyəsi, dizaynı, inkişafı və tətbiqi daxildir. Kompüter elmlərinin əsas tədqiqat sahələrinə süni intellekt, kompüter sistemləri və şəbəkələri, təhlükəsizlik, verilənlər bazası sistemləri, insan kompüteri ilə qarşılıqlı əlaqə, görmə və qrafika, ədədi analiz, proqramlaşdırma dilləri, proqram mühəndisliyi, bioinformatika və hesablama nəzəriyyəsi daxildir. Proqramlaşdırmağı bilmək kompüter elminin öyrənilməsi üçün vacib olsa da, bu sahənin yalnız bir elementidir. Kompüter alimləri proqramları həll etmək və kompüter aparat və proqram təminatlarının işini öyrənmək üçün alqoritmlər hazırlayır və təhlil edirlər. Kompüter alimlərinin qarşılaşdıqları problemlər mücərrəddən tutmuş, kompüterlərdə hansı problemlərin həll oluna biləcəyini və onları həll edən alqoritmlərin istifadəsi asan olan tətbiqetmələrə qədərdir.

  Bu sahədə uğur qazanmaq üçün tələbələr çox oxumalı və öz üzərində çox işləməlidirlər, çünki bu sahə çox təcrübə tələb edir. Çünki təcrübə bilikləri mükəmməl edir.

  Bildiyimiz kimi, tələbələrin biliklərini inkişaf etdirməsi üçün veb saytlar çoxdur. Bu veb saytlarda alqoritmik sualları həll etməklə tələbələr praktik təcrübə qazana, həm də proqramlaşdırma və məntiq bacarıqlarını inkişaf etdirə bilərlər. Bu çox vacibdir, çünki hətta iş görüşmələrində alqoritmik tapşırıqların həlli ilə bağlı texniki suallar verirlər. Əlavə olaraq, bilik və bacarıqlara yiyələndikdən sonra tələbələr biliklərini proqramlaşdırma yarışlarında və hackathonlarda tətbiq edə bilərlər. Proqramlaşdırma yarışlarında tələbələr komanda yaradır və yarış zamanı verilən tapşırıqları həll etməyə çalışırlar. Digərlərindən daha çox sual həll edən komanda açıq şəkildə yarişin qalibi olur. Bu cür yarışlarda iştirak etmək tələbələrə öz zəif tərəflərini tapmaqda və bacarıqlarını daha da inkişaf etdirmək ucun artırmaq üçün çox kömək edəcəkdir. Tələbələrin fərdi şəkildə yarışa biləcəyi bir onlayn yarışma olduğu üçün bir komanda yaratmaq həmişə lazım deyil.

  Tələbələrə bacarıqlarını inkişaf etdirə biləcəkləri yerləri tövsiyə edə biləcəyim bir neçə veb saytlar mövcuddur. Bunlara Hackerrank, Leetcode, Codeforces kimi veb saytları misal göstərmək olar. Bu veb saytlarda tələbələr yarışlara qoşula və alqoritmik sualları həll edə bilərlər. Digər tərəfdən, hackathon yarışları da tələbələrin biliklərini praktikaya verə biləcəyi başqa bir yoldur. Ümumiyyətlə, hackathonlarda tələbələr yeni bir fikir verməli və ya yeni bir məhsul təqdim etməlidirlər. Əsasən, hackathonların qalibləri müəyyən qədər pul mükafatı qazanırlar. Lakin hackathonlarda tələbələr komandada şəklində yarışmalıdırlar.

  Kompüter elmlərini  daha dərin öyrənmək üçün xaricdə təhsil almaq daha yaxşıdır. Bildiyimiz kimi, xaricdəki təhsilin səviyyəsi, keyfiyyəti Azərbaycandakı universitetlərdən daha yaxşıdır.

  Xaricdə tələbələr üçün iş və araşdırma imkanları baxımından da geniş imkanlar mövcuddur. Həm də xaricdə təhsil almağın vacib amillərindən biri də həyat təcrübəsidir. Həyatlarında baş verə biləcək çətin problemləri tək başna həll etməyə çalışmaq tələbərin güclü xarakterə sahib olmasına kömək edəcək, onların dünya görüşünə çox müsbət təsir göstərəcəkdir.

  Karyera qərarı tələbənin özündən asılıdır, çünki bu fərdi qərardır. Lakin bakalavr və magistr təhsili almaq daha yaxşıdır (mümkünsə xaricdə), çünki şirkətlər magistr təhsili almış tələbələrə üstünlük verirlər, çünki onlar daha təhsilli sayılırlar, lakin bu o demək deyil ki, magistr təhsili olmayan tələbə bu sahədə müvəffəqiyətli  olmur. Magistr dərəcəsi olmadan belə bu sahədə müvəffəqiyətli olmaq mümkündür. Daha əvvəl qeyd etdiyim kimi hər şey tələbənin öz üzərində nə qədər çalışmasından asılıdır. Lakin magistr dərəcəsi tövsiyə olunur, çünki bu peşənizin daha dərin tərəflərini dərk etməyə kömək edəcəkdir. Magistratura pilləsini bitirdikdən sonra tələbələr ya işləyə, ya da doktorantura təhsili alaraq tədqiqatlar edə bilərlər.

   İlk iş yerini tapmaq üçün tələbələr öz cv-lərini istədikləri şirkətlərə göndərə bilərlər. Sonra cv-ləri kifayət qədər yaxşı olarsa, şirkətdən, xüsusən də texniki hissə üçün görüşə gəlmək istənəcəkdir. Məntiq bacarıqlarını yoxlamaq üçün bəzi alqoritmik sualları həll etmələri istəniləcəkdir. Bu mərhələni uğurla keçən işə qəbul olunacaqdır. İş tapmağın başqa bir yolu da var. Bildiyimiz kimi, bakalavr dərəcəsinin son semestrində tələbələr öz sahələrində təcrübə keçməlidirlər. Təcrübəyə başladıqdan sonra tələbələr bu sahədə nə qədər yaxşı olduqlarını göstərə bilsələr, təcrübə proqramından sonra işə qəbul ediləcəklər. Buna görə tələbələr həmişə bacarıqlarını inkişaf etdirmək üçün əllərindən gələni etməli və  öz üzərində çalışmalıdırlar. Kompüter elmləri çox geniş bir sahədir və bu, bizim gələcəyimizdir, buna görə tələbələr bu sahəni sevdikləri və çalışdıqları təqdirdə şübhəsiz uğur qazanacaqlar.

  Elmar Hacızadə ,
  Fransız-Azərbaycan Universiteti, Kompüter elmləri 4-cü kurs tələbəsi, Azərcosmos şirkətində Süni İntellekt üzrə mütəxəssis.

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.