Konsaltinq
Bir sözlə bütün dövlətlər ərazisində fəaliyyət göstərən şirkətlərin 3-cü tərəf məsləhətçi şirkətlərin vasitəsi ilə icbari auditini həyata keçirməkdədir. Lakin məsləhət xidmətlərinin bu örnəklə ancaq dar çərçivədə örnək vermiş olarıq. Maliyyə konsultasiyasıından başqa müasir dünyada konsultasiya xidmətlərinə İdarəetmə (strategiya), Texnologiya, HR və Əməliyyat sahələri üzrə təsnifləşdirilə bilər və bu bazar dünya üzrə 250 milyard dollar həcmindədir. 2001-ci ildə ABŞ tarixində ən iri iflas hadisəsi kimi qeydə alınan ABŞ-ın ən böyük enerji şirkətlərindən Enronun çöküşü başlayır və enerji sektorunda ciddi çöküşə səbəb olur. Nəticədə ABŞ-da 4500 işçi dünya üzrə 85000 nəfər işini itirdi. Səbəb maliyyə hesabatlarında şirkətin zərərdə olmasına baxmayaraq gəlirli olduğunu göstərən, maliyyə təcrübəsizliyi idi. Bu böyük skandal özü ilə birlikdə ABŞ-da və dünyada dövlətin müəssisələri audit qaydalarına Sarbon Oksley qanunu ilə dəyişiklik gətirdi.
Ümumiyyətlə, tərəflərin razılığından asılı olaraq alınabiləcək məsləhət xidmətlərinin növündə heç bir məhdudiyyət yoxdur. Müasir dünya - qlobal iqtisadi, siyasi, demoqrafik, ekoloji və texnoloji faktorlar dövlət və şirkətlərin investisiya, proses idarəetməsi, strategiya, korporativ idarəetmə, texnologiya ilə bağlı qərarlar almasına, özəlləşdirmə, birləşmə, böyümə, udulma kimi transformasiya keçirməsinə səbəb olur. İstər beynəlxalq maliyyə qurumlarının ayırdığı kreditlə, istər müstəqil maliyyə korporasiyalarının vəsaiti həyata keçirilən iri dövlət və transmilli layihələr 3-cü tərəf ekspertlərinin – yəni məsləhətçi şirkət və qurumların araşdırma, rəy və təklifləri nəzərə alınaraq həyata keçirilir.
Şirkətlərdə məsləhətçi vəzifəsi
Konsultasiya şirkətlərində xüsusən beynəlxalq konsultasiya şirkətlərində rəqabət yüksək olur. Bu peşəyə ilk vəzifə kimi kiçik mütəxəssis vəya generalist kimi başlanılır və Biznesin İdarəedilməsi, Tətbiqi riyaziyyat, İqtisadiyyat və Statistika ixtisaslarına üstünlük verilir. İlk pillədə vəzifədən gözlənilən bacarıqlar Biznes analitikası, Data Modelləşdirmə, Qrafikləşdirmə və təqdimat bacarıqlarıdır. Hər növbəti pillənin tələbləri və qazancı daha yüksək və məsuliyyəti daha çoxdur.
Peşənin üstünlüyü
Qısa müddət ərzində çox geniş sahələr üzrə biliklərin toplanılması, müxtəlif sahələrdən olan ekspertlərlə birgə iş, zəngin portfel, iş etikası və işgüzar davranışlardır. Həmçinin, gələcək iş imkanları üçün tramplin rolunu oynamaqdadır
Peşənin çətinliyi
Mütəmadi olaraq özünüinkişaf yüksək rəqabətin gətirdiyi tələblə yanaşı ciddi stress yaşadır. Peşə xüsusiyyəti olaraq yaradıcı düşüncə zamanla öz yerini sistemli və geniş düşünmə qabiliyyətinə ötürür.
Elçin Zeynalov
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.