Mənim ixtisasım və mənim uğurum - Tərcümə (Alman dili)

Mənim ixtisasım və mənim uğurum - Tərcümə (Alman dili)

Mənim ixtisasım və mənim uğurum - Tərcümə (Alman dili)

Mənim ixtisasım və mənim uğurum - Tərcümə (Alman dili)

  Mən, Murad Qarayev, bu yazıda sizlərə öz ixtisasım və tələbəlik həyatım haqqında danışacam. İlk olaraq onu deyim ki, ixtisasım “Alman dili tərcüməçisi”dir və hal hazırda Edu Support da alman dili müəllimi kimi çalışıram. Alman dilinə maraq necə yaranıb məndə? Hələ uşaqlıqdan, yəni ikinci sinifdə oxuduğum zamandan təhsil aldığım məktəbdə alman dili tədris olunurdu. Şagird olduğum zamandan alman dilinə marağım həddən artıq çox idi. Sonra abituriyent kimi artıq sənəd verdim və ixtisas seçimimdə də yenə alman dili tərcüməsini seçdim.

  Sual verə bilərsiniz ki, bəs nə üçün alman dili müəllimliyi deyildə məhz tərcümə? Çünki tərcüməni oxuyaraq alman dilini daha da mükəmməl öyrənə biləcəyimi düşünürdüm və elə də oldu. Mən tərcümədə oxuduğum 4 il müddətində alman dilini daha da yaxşı mənimsəyə bildim. Mən universitetə daxil olanda bir məqsədim var idi: bu dili tam öyrənəcəyəm və sonra sevdiyim işi işləyəcəyəm, belə də oldu. Hal-hazırda işlədiyim işə kimi bir neçə işlərdə işləmişəm. 2-ci kursda oxuduğum zaman artıq nələrsə etməyə başladım. İlk olaraq yazılı tərcümə etməyə başladım. Bununla bu sahədə də xeyli öz dilimi inkişaf etdirə bildim.

  Bundan başqa digər fəaliyyətlərlə də məşğul olurdum və mən tələbələrimizə və abituriyentlərimizə onu demək istəyirəm ki, ixtisas seçimində çox diqqətli olun və öz sevdiyiniz peşəni seçin. Amma bunu da demək istəyirəm ki, tələbə olduğum zamanda da bunun  şahidi olmuşam və hətta öz qrup yoldaşlarımdan da belə tələbələr var idi, hansılar ki, heç sevmədikləri və istəmədikləri ixtisası oxuyurdu. Amma mən qrup yoldaşlarıma da vaxtında məsləhət görmüşəm. Sizə də məsləhət görürəm ki, istəmədiyiniz ixtisas olsa da əgər, ümidsizliyə qapılmaq olmaz qətiyyən. Sadəcə oxuduğunuz ixtisası layiqincə öyrənin və işinizin mütəxəsisi olun.

  Yaxşı olmayan ixtisas varmı?..

  Amma mənim tələbələrdən ən çox eşitdiyim sözlərdən biri budur ki, “mənim ixtisasım yaxşı deyil, mən öz ixtisasıma görə iş tapa bilmiyəcəyəm, bu sahə mənlik deyil” və sair və digər bəhanələr. Bəli, bəhanələr, bunların hamısı bəhanədir, çünki bu düşüncələr yalnışdır. Çünki hər bir ixtisas gözəl və uğurludur. Çünki bizim həyatda uğurlu olmağımız üçün bizim uşaqlıqdan ağlımızda olan ixtisası oxumağımız o qədər də önəmli deyil. Sadəcə hal-hazırda oxuduğumuz ixtisasa mükəmməl sahib olmalıyıq. Bunun üçün də, dostlar, tələbəlik ilimizi çox səmərəli keçirməliyik və boş vaxlarımızı dəyərləndirməliyik. Baxın universitetdə bir çox faydalı təşkilatlar var ki, onlarda könüllü ola bilərsiz. Ümumiyyətlə, bunu deyim ki, könüllü proqramlardan boyun qaçırmayın, onlarda iştirak etmək önəmlidir. Çünki hər yeni bir proqramdan bir çox təcrübələr yığacaqsınız ki, bu da sizə gələcək həyatınızda və karyeranızda çox kömək olacaq.

  Öz ixtisasım haqqında, yəni Alman dili yaxud da Alman dili tərcüməçiliyi haqqında onu demək istəyirəm ki,  bu ixtisasın həm çətin, həmdə yaxşı tərəfləri var. Təbii ki, yaxşı tərəfləri daha çoxdu, amma mənfi tərəflərini desək, çətin tərəfləri daha çox oxumaq və daha çox araşdırmalar etmək. Amma sizin bu ixtisasdan əldə edəcəyiniz çox şeylər var. Dili mükəmməl bildiyiniz halda çox rahat şəkildə iş tapmaq, hətta Almaniyada işləmək imkanı və yaşamaq imkanı. Dostlar, son olaraq demək istəyirəm ki, mən öz seçdiyim ixtisasdan və hal-hazırda gördüyüm işdən çox xoşbəxtəm. Sizlərə tövsiyəm isə bizim həyatımız və karyeramız öz əlimizdədir. Sadəcə bizim əlimizdə olan vaxtı dəyərləndirməli və inkişaf etməliyik.

  Tərcümə ixtisası haqqında daha ətraflı məlumat üçün https://www.youtube.com/watch?v=Tq3RQ-mwSRk

Qarayev Murad, 

Edu-Support Təhsil Mərkəzində Alman dili müəllimi

Rəylər:

  1. Necə gözəl ifadə etmisiniz????Mən də alman dilini öyrənmək istəyirəm.Bilirəm çətindir,amma bir gün tam şəkildə öyrənəcəyimə inanıram????Çox sağ olun fikirlərinizi bölüşdüyünüz üçün☺️Sizinlə çox razıyam,həyatımız bizim əlimizdədir.Verdiyimiz qərarlar həyatımızı şəkilləndirir.Uşaqlıqdan bizlərə başımıza gələn hərşeyi 'qismət' adlandırmağı öyrədiblər.Amma hər birşeyi qismətə bağlamaq düzgün deyil.Biz seçdiyimiz qərarlarla qismətimizi yazırıq????

  2. Sizə işinizdə və həyat yolunuzda uğurlar arzulayıram????

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.