Möhtəşəm Z nəsli

Möhtəşəm Z  nəsli

Möhtəşəm Z nəsli

 I hissə

  “Z nəslinin əsas özəllikləri”

 

  Snapchatda başından əcayib şeylər çıxarmağı sevən, TikTokda ad qoyulması çətin olan videolar çəkən gənclər və yeniyetmələr, qlobal iqlim problemlərinin müzakirə olunduğu nüfuzlu konfranslarda yaşının neçə qatı  adamlara mühazirə deyən Greta xanım və orta məktəbdə təhsil alan, bakalavr imtahanına hazırlaşan  “Siz” bir-birinizdən nə qədər müxtəlif olsanız da, hamınız möhtəşəm Z nəslinin nümayəndələrisiniz.

C:\Users\Xcomp\Documents\mohtesem z nesli.jpg

   Nəsil təsnifatı haqqında qısa olaraq

 Günümüzdə iqtisadiyyat, demoqrafiya, siyasət , klinik psixologiya və sosiologiya kimi elm  sahələrindən əldə edilən məlumatlara əsasən aparılan nəsil təsnifatlanmada çoxlu sayda nəsil qrupları müəyyən edilmişdir.

Bu qruplardan dördü isə daha tez-tez müzakirə obyektinə çevirilirlər.

  Aşağıda ən çox müzakirə olunan dörd nəsil və  doğum tarixləri  qeyd olunmuşdur. 

  • Baby Boomers : 1946-1964

  • X : 1965-1980

  • Y(Millenials) : 1981-1996

  • Z: 1997-2012

  Bir çox cəhətdən həm fərqli, həm də ortaq xüsusiyyətlərə malik bu nəsillərin iş həyatına, texnologiyaya və həyata uyğunlaşması da dəyişikliklər göstərir.[1] 

  Bu doğum tarixlərinə əsasən ən yaşlı nəsil hesab edilən Baby Boomerlərin hazırda ən gənci 56 yaşında,  Z nəslinin isə ən yaşlı nümayəndəsi 23 yaşındadır. Nəsillər və onların yaş aralıqları əslində bir qədər mübahisəli mövzudur. Müxtəlif mənbələrdə, bu tarixlər kiçik fərqliliklər göstərir. Məsələn, Z nəslinin doğum tarixi bəzi mənbələrə görə 1995-ci ,1997 ci- il hesab olunduğu halda, son illər bu tarixin 2000 –ci illər olduğu barədədə  fikirlər səsləndirilir. 

     

   Z nəslinin əsas xüsusiyyətləri

 

  1. Rəqəmsallaşmayan dünya onlar üçün qəbul edilməzdir.

  Texnoloji cihazlar Z-nəslinin gündəlik yaşamının önəmli bir parçasıdır, yeni rəqəmsallaşma trendlərindən geri qalmaq Gen Z üçün qəbul edilməzdir.

2. Azad ruhlu və bir  o qədər də, səbrsizdirlər.

   “Baby Boomers” və “X” nəsilləri  Z nəslini ən çox onların  sərbəst davranışları və hər hansısa işdə tez bir zamanda yüksəlmək arzularından dolayı tənqid edirlər. Bir çox hallarda  bu sərbəstlik tərbiyədə ola müəyyən boşluqların nəticəsi hesab olunur, tez yüksəlmə arzusu isə zəhmətkeş olmamaqla əlaqələndirilsə də, əslində belə deyil. 

  Azad ruhluluq və sərbəstlik istəyi onların  rəqəmsal dünyanın imkanları barədə hələ  uşaq yaşlarından tanış olması ilə əlaqədardır. Z nəsli rəqəmsallaşmanın artan imkanları sayəsində qəbul olunmuş müəyyən steorotipləri pozmaqda daha cəsarətli davranırlar ki, bu da başa düşüləndir.

   Sizcə, istədiyi informasiyanı internetdən saniyələr ərzində əldə edə biləcəyini bilən bir nəslin nümayəndələrindən, partada daşlaşmış formada  dərsə qulaq asmaq və s. bunun kimi qaydalara əməl etməyi  gözləmək  nə dərəcədə adekvat gözləntidir?  

  Tez bir zamanda gördükləri işdə yaxşı nəticələr əldə etmək və  yüksəlmək arzuları da texnologiyanın, xüsusən, sosial şəbəkələrin yaratdığı imkanların nəticələridir. Belə ki, əgər X nəslindən  olan bacarıqlı gənc rəssam öz əsərlərini sərgiləyərək,  bir-neçə xoş söz eşitmək üçün müəyyən sərgilərdə iştirak etməyi səbrlə gözləməyə məcbur idisə, Z nəslinin nümayəndəsi olan həmin gənc  sadəcə öz işlərinin fotosunu sosial şəbəkədə paylaşaraq, çox qısa zamanda böyük kütlələlərdən işləri barədə geri dönüşlər alır, təriflərlə motivasiya olurlar. Bu səbəbdən də, tez bir zamanda nəticə əldə etməyə alışmış olan Z nəsli karyera yüksəlişi üçün daha səbrsiz davranırlar.

3.Praqmatist və realistdirlər.

  Z- nəslinin nümayəndələri realizmə güclü bağlılıqları ilə seçilirlər, analitik zəkası yüksək inkişaf etmiş Z –nəslini sadəcə “bəzəkli-düzəkli” cümlələr səsləndirərək, nəyəsə inandırmaq və motivasiya etmək  bir qədər çətin məsələdir.

  1. İndividualistdirlər.

  Z-nəsli üçün  bütün müxtəliflikləri, rəngarənglikləri ilə bir fərd olmaq, fərd olaraq özünü subut etmək önəmlidir. Hər şeyi, öncədən qəbul olunmuş anlayışlar, steorotiplərlə qiymətləndirməyi, ümumiləşdirməyi sevmirlər. 

 

  1. Pul onlar üçün əhəmiyyətlidir.

  Z nəsli sələfləri olan Y nəslindən daha az idealist daha çox materialistdir. Onlar üçün maddi cəhətdən motivə edilmək əhəmiyyətlidir. Y nəsli və Z nəsli arasında keçirilən sorğular nəticəsində məlum olmuşdur ki, Z nəsli yüksək məbləğ qarşılığında standart iş saatından əlavə işləməyə Y nəslindən daha istəklidir, ikinci bir sorğunun nəticəsinə əsasən isə sorğuda istirak edən Z nəslininin üçdə  ikisi daha yüksək məvacib qarşılığında sevdikləri işlərini dəyişməyə razı idilər.

 

  1. Yüksək ambisiyaları var və rəqabəti sevirlər.

  Əyləncə anlayışlarından dolayı, bu nəsilə  bəzən qeyri-ciddi yanaşılsa da, əslində “Gen Z”–  nin yüksək ambisiyaları, hədəfləri var və bu hədəflərə çatmaq üçün rəqabətdən aparmaqdan da çəkinmirlər.

7.Sahibkar ruhludurlar.   

  Daha çox pul qazanmağa olan böyük istək ,sərbəstlik arzusu və yaradıcılıq kimi xüsusiyyətlərə malik Z- nəsli  öz işlərini qurmağa daha böyük maraq göstərirlər.

8.Sosiallaşmağı sevirlər.

  Z nəsli daima çevrələrini genişləndirməyə, yeni və fərqli  insanlar tanımağa və onlarla ünsiyyət qurmağa   çalışır   və bu məqsəd üçün heç də hesab olunduğu kimi  ancaq virtual vasitələrdən istifadəyə üstünlük vermir. Z nəsli  insanlarla üz-üzə ünsiyyət qurmağı da,  çox sevir. Bu nəslin nümayəndələri ilə ünsiyyət zamanı hər iki üsuldan da balanslı şəkildə istifadə önəmlidir.

9.Tolerantdırlar.

  Fərqlilikləri sevmələri və müxtəlif qruplardan insanlarla ünsiyyət qurmağa maraqlı olmaları Gen Z-nin empatiya bacarığının yüksək inkiş etməsinə şərait yaradır ki, bu da onlarda tolerantlıq hissinin daha yüksək olmasına səbəb olur.

10. “Multitasking” bacarıqları yüksəkdir və diqqətləri daha tez yayınır.

      Ağıllı cihazlarla həddən artıq vaxt keçirmələri, bir müddət sonra Z nəslinin də onlara bənzəyərək,   eyni vaxtda bir neçə işi həll etmə bacarıqlarının formalaşmasına səbəb olmuşdur. Bu, əksər hallarda müsbət xüsusiyyət hesab olunmasına baxmayaraq, diqqətin çox tez yayınması kimi hallara səbəb olur.

 

 Ardı olacaq...

 

      Bonus 

   Linkdə qeyd olunan TEDx çıxışı, nənə-babanız və valideynlərinizin də, aid olduğu nəsilləri daha yaxşı anlamanız baxımından maraqlı ola bilər .

 https://www.youtube.com/watch?v=YJtCZZ5dy-g

 

                                                  Mənbə

  1. https://bagcam.az/bir-nesli-anlamaq-z-nesli-kimdir/

  2. https://www.businessinsider.com/generation-z

  3. https://www.mckinsey.com/industries/consumer-packaged-goods/our-insights/true-gen-generation-z-and-its-implications-for-companies

  4. https://hrdergi.com/z-kusagi-hakkinda-bilmeniz-gereken-on-seyi-acikliyoruz

  5. https://www.egitimpedia.com/bir-kusagi-anlamak-z-kusagi-kimdir/

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.