Mühəndis fizikası-uğur sirləri

Mühəndis fizikası-uğur sirləri

Mühəndis fizikası-uğur sirləri

Mühəndis fizikası-uğur qazanmağın sirləri

Mühəndis fizikası” ixtisası geniş fəaliyyət profilli mütəxəssislərin hazırlanmasına hesablanmışdır. Texnika və texnologiya sahəsindəki zəruri baza bilikləri və vərdişlər gələcək mütəxəssislərə praktik olaraq sənayenin istənilən sahəsinin iş prosesinə qoşulmağa imkan verəcəkdir. Tədris proqramında materialşünaslıq, nanotexnologiya, nüvə texnologiyası, kosmik texnologiya, yarımkeçirici elektronika, alternativ energetika kimi sahələrin elmi təməli qoyulur. Yeni materialların, texnologiyaların, cihaz və qurğuların tədqiqi, işlənib hazırlanması, yaradılması və istismarı istiqamətində mütəxəssis hazırlığı həyata keçirilir.

    Bu sahədə uğur qazanmaq üçün tədris prosesində aşağıdakı professional  kompetensiyaları əldə etmək zəruridir :

  • Mühəndis fizikası və materialşünaslıq sahəsindəki müxtəlif ixtisaslaşmaların əsasında duran elmi və riyazi prinsipləri mənimsəmək;
  • Qazanılmış bilikləri qəbul olunmuş metodlarla texniki fizikanın tətbiqi məsələlərinin qoyulması, ifadə edilməsi və həlli üçün tətbiq etmə bacarığı;
  • Mühəndis-texniki sistemlərin layihələndirmə metodologiyasının qavranılması və tətbiq edilməsi bacarığı;
  • Uyğun avadanlığın, alət və metodların seçilməsi və istifadəsi bacarığı ;
  • Fərdi və komanda şəklində səmərəli fəaliyyət göstərmə bacarığı;
  • Layihə menecmenti və biznesi sahəsində anlayışlarla tanışlıq;
  • Mühəndis praktikası normalarına və professional etika kodeksinə əməl olunması.

     Daha yüksək bilik və bacarıq əldə etmək üçün:

  • Texniki fizikanın və materialşünaslığın müxtəlif sahələrində elmi və mühəndis məsələlərinin müvəffəqiyyətlə həll edilməsi üçün fundamental və praktik hazırlığın mütəmadi inkişaf etdirilməsi;
  • Mühəndis təhlilinin və layihələndirilmənin, elmi-tədqiqat məsələlərinin qoyulması və aparılması vərdişlərinin inkişaf etdirilməsi;
  • Yeni materialların alınması və tədqiqi sahəsində elmi metodların öyrənilməsi və tətbiqi vərdişlərinin inkişaf etdirilməsi vacibdir.

     

        İxtisas ölkəmiz üçün yeni olduğundan bu sahədə təcrübəsi olan xarici ölkələrdə bakalavr və magistratura təhsilinin alınması olduqca məqsədəuyğun olardı. Bu həm təhsilalanın daha yüksək səviyyəli təhsil almasına gətirər, həm də inkişaf etmiş sənaye ölkələrində qazanılacaq nəzəri və praktiki biliklərin ölkə sənayesi və təhsilinə tətbiq edilməsi ilə nəticələnərdi ki, bu da prioritet məsələdir.

      Karyera planlamasını universitet startap layihələrində uğurlu fəaliyyət, tələbə elmi cəmiyyətinin işində fəal iştirak, eləcə də universitetin müxtəlif sənaye müəssisələri ilə həyata keçirdiyi müştərək layihələrdə iştirak etməklə qurmaq olar
      İlk işi müəsissələrdə ikinci kursdan başlayaraq tələbələrin cəlb edildiyi ilboyu praktika prosesində tapmaq mümkündür.

  Müsavər Musayev
    ADNSU fizika kafedrasının müdiri

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.