Nə üçün Azərbaycan İlahiyyat İnstitutu?
Nə üçün Azərbaycan İlahiyyat İnstitutu?
- Dünya standartlarına cavab verən yüksək təhsil imkanları;
- Missiyamız – dərin dini və dünyəvi biliklərə malik kadr hazrılamaq, ali və əlavə təhsil proqramlarını həyata keçirmək, ilahiyyat sahəsində yüksək elmi tədqiqatlar aparmaq;
- Tədris prosesinin ölkəmizdə və xaricdə elmi dərəcələrə yiyələnmiş yüksəkixtisaslı kadrlar tərəfindən keçirilməsi;
- Müasir tələblərə cavab verən ixtisas proqramları;
- Xarici dillərə (ərəb, fars, ingilis, klassik ibri) yiyələnmə imkanları.
Xaricdə təhsil imkanları:
- Beynəlxalq mübadilə proqramları (Erasmus+, Mövlana), yüksək nəticəli məzunların təhsilini ödənişsiz xaricdə davam etdirmə imkanı.
Dövlət sifarişi və dövlət hesabına təhsil;
Tələbələrə dəstək xidmətləri:
- Bütün təhsil səviyyələri üçün dövlət sifarişli qəbul, müxtəlif təqaüd proqramları;
- Qidalanma və geyimlə təmin olunma, fəal tələbələrin müxtəlif nominasiyalar üzrə təltif olunması.
Zəngin və müasir kitabxana-informasiya mərkəzi;
Əmək bazarına rahatlıqla inteqrasiya oluna biləcək peşəkar kadrların hazırlanması;
Məzunlar üçün yerli və beynəlxalq təşkilatlarda geniş iş imkanları;
Dövlət qulluqçusu, tədqiqatçı, pedaqoq və din xadimi.
Nə üçün İslamşünaslıq ixtisası?
Tədris prosesi
İslamşünaslıq ixtisasında təhsil alan tələbələr, əsasən, İslam dininin inanc və ibadət sistemini dərindən öyrənəcəklər. Onlar təkcə Quran, Hədis, Təfsir, Fiqh, Kəlam və digər İslam dininin tədrisinə dair ənənəvi fənlərin deyil, eyni zamanda, dinləri sosioloji, psixoloji, fəlsəfi və tarixi aspektlərdən tədqiq edən fənləri də öyrənəcəklər.
Eyni zamanda, İslamşünaslıq ixtisasında təhsil alan tələbələr ərəb, fars və ingilis dillərini yüksək səviyyədə öyrənmək imkanına malikdir. Bütün xarici dillər peşəkar mütəxəssislər tərəfindən müasir metodlar əsasında 4 dil bacarığının (oxuma, dinləmə, danışma, yazma) inkişafı istiqamətində tədris edilir.
İş imkanları
Bu ixtisas məzunları, əsasən, din xadimi kimi fəaliyyət göstərilməsi üçün nəzərdə tutulub. Məzunlarımız, həmçinin tədqiqatçı və pedaqoq kimi də fəaliyyət göstərə bilərlər.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutuna qəbul III ixtisas qrupu üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır. Minimum keçid balı 150-dir. İslamşünaslıq ixtisası üzrə qəbul olunmaq istəyən abituriyentlərin III ixtisas qrupu imtahanı ilə yanaşı, Dini-Psixoloji Komissiyanın təşkil etdiyi qabiliyyət imtahanından keçmələri də nəzərdə tutulur. Qabiliyyət imtahanına buraxılış balı 150 (yüz əlli) olaraq müəyyənləşdirilmişdir.
Qabiliyyət imtahanı zamanı abituriyentlərin ümumi bilikləri, dini təsəvvürləri, psixoloji vəziyyətləri, yaradıcı təfəkkür imkanları xüsusi psixoloji metod ilə müsahibə əsasında müəyyənləşdirilir. Qabiliyyət imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul” olaraq qiymətləndirilir.
Əlaqə nömrələri: 012 510 65 45; 012 510 39 61
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.