Nəyə görə müəllimlik?

Nəyə görə müəllimlik?

Nəyə görə müəllimlik?

 Sözlərimi ulu öndər Heydər Əliyevin müəllimlik peşəsi haqqında söylədiyi dəyərli fikirlərlə başlamaq istəyirəm. "Mən yer üzündə müəllim adından yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq".

Nəyə görə müəllimlik ?

- müəllimlik şərəfli işdir; çünki o, öz həyatını xalqın gələcəyinə həsr edir;

- müəllimlik məsuliyyətli işdir; çünki o, ən qiymətli kapital olan insanla işləyir, bu işdə isə səhvə yol vermək olmaz;

- müəllimlik çətin və mürəkkəb işdir; çünki müəllimin fəaliyyət obyekti olan insan özü mürəkkəb və dəyişkən, pedaqoji proses isə çoxcəhətli və çətindir;
- müəllimlik yaradıcı işdir; çünki o, hazır göstərişlərlə, reseptlərlə işləyə bilməz.

  Hər bir konkret halda vəziyyəti düzgün təhlil edib, uğurlu çıxış yolu tapmaq, məsələlərə müstəqil və yaradıcı yanaşmaq, qeyri-standart qərarlar qəbul etmək tələb olunur. Bunun üçün pedaqoji nəzəriyyəyə və qabaqcıl təcrübəyə yiyələnmək vacibdir. Yaradıcılıq müəllimdən bütöv pedaqoji prosesi müşahidə və təhlil etməyi, onun qanunauyğunluqlarını nəzərə almağı, pedaqoji problemlərin optimal həlli yollarını müəyyən etməyi nəzərdə tutur. Yaradıcılıq müəllimə nikbinlik, sevinc bəxş edir.

  Son 5 tədris ilində ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 500 və daha artıq bal toplayaraq pedaqoji ixtisasları seçən abituriyentlərin sayında davamlı artım müşahidə olunur. Bu artımdan görünür ki, 5 il əvvəl 500 və daha artıq bal toplayan 922 abituriyent müəllimliyi seçmişdisə, ötən il  onların sayı 1361-ə yüksəlib. Bu il keçirilən qəbul imtahanlarında iştirak edərək 500 və daha artıq bal toplayan məzunlar arasında isə müəllimlik ixtisasını 2090 nəfər seçib. Bu göstərici 2014-2015-ci tədris ilinə nisbətən 2,3 dəfə və ya 126,7 faiz, ötən ilə nibətən isə 1,5 dəfə və ya 53,6 faiz artım deməkdir. Bu rəqəm indiyədək pedaqoji ali təhsil müəssisələrinin tarixində maksimal nəticədir.

  Son illərdə yüksək bal toplayan abituriyentlər arasında davamlı olaraq ən böyük pedaqoji ali təhsil müəssisəsi olan  ADPU-nu seçənlərin də sayı artıb. Məsələn, 2014-2015-ci tədris ilində ADPU-ya qəbul olunan tələbələrdən cəmi 20 nəfəri 500-dən artıq bal topladığı halda, 2017-2018-ci tədris ilində 273,  bu il isə 527 nəfər ADPU-da təhsil almaq arzusunda olub. Bu da 5 il ərzində təxminən 27, bir il ərzində isə 2 dəfə artım deməkdir. 

Müəllimlik ixtisasını seçməyin üstünlükləri nələrdir ?

- Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəticəsində əmək haqqı artımı;

- Müəllimlərin işə qəbulunun şəffaf təşkili;

- Yüksək bal toplayaraq müəllimlik ixtisasını seçən abituriyentlərə “Gələcəyin müəllimi” təqaüdünün verilməsi.

 

Hər il 5000 nəfərə yeni iş yeri...

 Müəllimlik peşəsinin ilbəil nüfuzunun artması rəqəmlərdən də aydın görünür. Artıq insanlar qəbul edirlər ki, müəllimliyi yüksək nəticələrlə bitirən məzun elə həmin ildə də yaxşı əməkhaqqı ilə iş tapa biləcək. Özü də son 5 ildə Təhsil Nazirliyinin tam şəffaf imtahanlarından keçən müəllimə zaval yoxdur.

 

Bu ixtisas sahibi nə işlə məşğul olur? 

- Məktəbdə Biologiya guşəsinin təşkil edilməsi; - 

- Şagirdlərin laboratoriyada işləmək qabiliyyətinə malik olmasını təmin ehtmalı;  

- Şagirdlərin təhsil və təlim yollarını müəyyənləşdirmək üçün psixoloji va pedaqoji diaqnostika aparmaq; 

- Tədris planına və öz dərs cədvəlinə uyğun olaraq tədris yükünə görə təyin olunan siniflərdə (qruplarda) biologiya fənni üzrə təməl və seçmə dərsləri həyata keçirmək; 

- Müasir texnologiyalardan istifadə edərək fərdin yaş, inkisaf xüsusiyyətlərini nəzərə alaraq dərslər keçirmək; 

- Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə hörmət hissi yaratmaq; 

- Əmək funksiyasını vicdanla yerinə yetirmək; 

- Əmək intizamına və etik davranış qaydalarına əməl etmək; 

- Əmək qanunvericiliyinin tələblərini yerinə yetirmək; 

- Dövlətin təhsil siyasətini yerinə yetirmək və tərbiyə alanların tədris va tərbiyə işini dövlət standartları səviyyəsində mənimsəməsi üçün zəruri şərait yaratmaq; 

 

Harada bu ixtisasa sahiblənmək olar? 

- Bakı Dövlət Universiteti; 

- Azərbaycan Dövlət Pedaqoji Universiteti; 

- Bakı Mühəndislik Universiteti (tədris ingilis dilində) 

- Naxçıvan Dövlət Universiteti;  

-Naxçıvan müəllimlər institutu;

 -Gəncə Dövlət Universiteti;  

-Sumqayıt Dövlət Universiteti;

-Xəzər Universiteti. 

 

Bu ixtisas üzrə harada işləmək olar? 

- Tam orta məktəblərdə; 

-Peşə-ixtisas təhsili müəssisələrində; 

-Universitetlərdə; 

-Təhsil Nazirliyində; 

-Təlim-tədris mərkəzlərində; 

-Laboratoriyalarda;

 

Müəllimlik missiyadır. Bu missiyanı qəbul edərək müəllim olmaq istəyənlər, yolunuz mübarək! 

HƏR BİRİNİZƏ UĞURLAR!

 

Nigar Bayramova

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt bölməsi, aparıcı, məsləhətçi

 

Tarix müəllimliyi ilə bağlı videomüsahibəyə bu linkdən daxil ola bilərsiniz.

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.