Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası
“Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası mühəndislik və informasiyanın idarə olunmasının birləşməsindən ibarət elm sahəsidir. Belə ki, müxtəlif sistemlər hər istiqamətdə: istehsal xərci, məhsulların keyfiyyəti, iş təhlükəsizliyi, ətraf mühit və bazar tələblərinə cavab, eləcə də, sənaye inzibatçılığı və idarəçiliyi kimi effektiv işləyə bilər.
Avtomatlaşdırma mühəndisləri biliyə, dizayn qabiliyyətinə, yaradıcılığa, əsaslanan şəxslərdir. Avtomatlaşdırma məsələləri kimi minumum sayda heyyət tələb edən zavodun avtomatlaşdırması, proseslərin və ya iş yerinin avtomatlaşdırması və ya fərdi evlərin avtomatlaşdırılmasını göstərmək olar.
Avtomatlaşdırma zamanı müxtəlif alətlərdən istifadə olunur:
-
Süni neyron şəbəkələri
-
Paylanmış nəzarət sistemləri
-
İnsan-maşın interfeysi
-
SCADA sistemləri
-
Proqramlaşdırılan məntiqi kontrollerlər
-
Alətlər
-
Robotlar
Avtomatlaşdırma sahəsində yüksək ixtisaslı mütəhəssis olmaq üçün tələbələr daimi öz üzərində çalışmalı və müəyyən bacarıqlara yiyələnməlidirlər. Bu bacarıqlara proqamlaşdırma və proqram təminatının yaradılması, müəyyən proqram təminatının mənimsənilməsi (Matlab, LabVIEW, TİA Portal və s.), yaradıcı düşüncə, problemi ətraflı təhlil etmə qabiliyyəti, peşəkarlıq və komandanın digər üzvləri ilə yaxşı ünsiyyət qurma bacarığı daxildir. Müasir zamanda biliklərlə yanaşı sosial aktivlik də böyük rol oynayır. İşə götürən zaman şirkətlər bilikli və bacarıqlı məzunlara üstünlük verirlər.
Avtomatlaşdırma mühəndisliyi ixtisası üçün xaricdə təhsil almaq bir o qədər önəmli deyil, çünki hal-hazırda tələbələr dərs zamanı nəinki nəzəri biliklərə yiyələnirlər, hətta müasir laboratoriya və real avadanlıqlardan istifadə edərək praktiki biliklər alırlar. Məsələn, Bakı Ali Neft Məktəbində mövcud laboratoriyalar avtomatika sahəsində tanınmış şirkətlər tərəfindən yaradılmışdır. Tələbələr həmin laboratoriyalarda çalışırlar. Bundan əlavə, hər il yayda istehsalat təcrübəsində iştirak edirək öz biliklərini artırırlar. Bu o deməkdir ki, məzunlar işə hazır olur və əlavə təlimlərə ehtiyac yoxdur.
Məzunlar həm dövlət, həm də özəl sektorda işləyə bilər. Məsələn, Azərbaycanda fəaliyyat göstərən xarici şirkətlərdə: BP, ABB, Emerson, Avandsis Group, Schneider Electric, Honeywell, NOC&A və s. və eyni zamanda, SOCAR-ın bir çox müəssisələrində. Məzunlar, həmçinin bina və fərdi evlərin avtomatlaşdırılması kimi qeyri-sənaye sektorunda da işləyə bilərlər.
Karyera planlarından asılı olaraq tələbələr uyğun istiqamət üzrə irəliləməlidir, şirkətlərə CV-ləri göndərməli, şirkətlər tərəfindən təşkil olunan təqdimatlarda, seminarlarda aktiv iştirak etməlidirlər, online kurslarda iştirak edib Betnəlxalq sertifikatlara sahib olmalıdırlar.
İlk işi tapmaq üçün ali məktəbi bitirmədən Karyera sərgilərində, Yay Təcrübə proqramlarında, işlə bağlı şirkətlər tərəfindən təşkil olunan çox mərhələli seçim turlarında iştirak etməlidirlər.
Bakı Ali Neft Məktəbinin
Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi
Kafedrasının müdiri, dosent Nailə Allahverdiyeva
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.