Sən də müəllimsən?

Sən də müəllimsən?

Sən də müəllimsən?

  Hal-hazırda bir çox şagird ən son variant olaraq müəllimlik ixtisasını seçməyi düşünür. Əgər digər ixtisaslara balı çatmazsa, hansısa bir universitetdə heç sevməyərək 4 il müəllimlik təhsili alır. Buna səbəb orta məktəblərdə yaranan müəllim stereotipləri və “Nə qədər müəllim olar e?” düşüncəsidir. Bəlkə də, yeganə səbəb bu olmasa da, əsas faktorlardan biri budur. 

  Mən də bu stereotiplərə aldanıb, müəllimlik ixtisasını sevməyib ancaq bala görə seçənlərdənəm. Hətta yadımdadır ki, birinci kursda oxuyarkən müəllimimin universiteti bitirəndən sonra nə etməyi planlayırsan sualına “Müəllimlikdən başqa hər şey” deyə cavab vermişdim. Ancaq universitet həyatı boyunca qazandığım təcrübə, gördüyüm mükəmməl müəllim obrazları məni bu fikrimdən daşınmağa sövq etdi. Dördüncü kursun sonuna gələndə mən artıq təhsil sahəsində özünə yer tapmağa çalışan, öyrəndiklərinin üstünə nələrsə əlavə edən bir tələbə idim. 

  Doğrudur, hal-hazırda bir çox ixtisaslar artıq gələcəkdə tələbat olmayan ixtisaslardır, ancaq müəllimlik həmişə öz aktuallığını itirməyən ixtisas olaraq qalacaq. Çünki hansı yüzillikdə, yaxud erada yaşayırsan yaşa, hər zaman insanların nələrsə öyrənməyə ehtiyacı var. Və bu ehtiyacı biz, öz ixtisasını böyük bir həvəslə yerinə yetirən MÜƏLLİMLƏR, qarşılayacaq. Burada “böyük bir həvəslə”ni xüsusi qeyd etmək istəyirəm. Əziz müəllim olmaq istəyən şagirdlər və müəllimlik ixtisasında təhsil alan tələbələr, əgər həqiqətən də bu ixtisasda özünüzün uğurlu olacağınızı düşünmürsünüzsə, xahiş edirəm, yolun yarısından qayıdın. Çünki bir millət kimi gələcəyimiz dəyərli, öz peşəsini seçən müəllimlərin əlində olmalıdır. 

 

  PS: Mən Azərbaycan Dillər Universitetinin İngilis dili müəllimliyi ixtisasını bitirmiş, hal-hazırda isə Xəzər Universitetində Dilşünaslıq ixtisası üzrə magistratura təhsili alıram.

 

  Xoş mütaliələr.

  Yazdı: Nəzrin Mamedova

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.