Ssenaristliyə gedən yol

Ssenaristliyə gedən yol

Ssenaristliyə gedən yol

İxtisas haqqında 

  Ssenaristlik, yaradıcılıq sənəti ən qədim dövrlərdən bəri varlığını sürdürür. Bu ixtisasın əsas işi kino sahəsində yaradılan yeni filmlərin çəkilməsi üçün ssenarilərin yazılmasıdır. Bu sənətdə biz ssenari yazmağın yollarını, yazı texnikasının öyrənilməsini və bu peşənin necə ali bir sənət olmağını öyrənirik. Bu ixtisas üzrə tələbələr yazı yazmaq bacarığını təkmilləşdirir, ssenaristliyin incəliklərin öyrənir, bu ixtisas üzrə təkminləşməyimizə kömək olur.  

İxtisasın tarixi 

  Bu ixtisas Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  daxilində 1945-ci ildə yaradılan Kino və televiziya fakültəsinin daxilində olan ixtisaslardan biridir. 2005-ci ildə “Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” kafedrası fəaliyyətə başlamışdır. “Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” kafedrasına 2006-cı ildən filologiya elmləri doktoru, professor Aqşin Babayev rəhbərlik etmişdir. 2015-ci ildə hər iki kafedra “Kinoşünaslıq” adı altında birləşmiş, 2017-ci ildə isə Elmi Şuranın qərarı ilə buraxılış ixtisasları nəzərə alınaraq, kafedra “Kinoşünaslıq və ekran dramaturgiyası” adlandırılmışdır. Hazırda kafedraya əməkdar incəsənət xadimi, professor Əli Əmirli rəhbərlik edir. Bu ixtisasla yanaşı bu fakültə də rejissorluq, operator sənəti, kinoşünas ixtisasları da mövcuddur. Bu ixtisaslarda  fakültəmizin adınan da bəlli olduğu kimi kino və televiziya ilə bağlı biliklərin öyrənilməsinə kömək olur.

Bu ixtisasın sahibləri nə ilə məşğul olur?

  • Kino, televiziya və teatr sahəsində ssenarist fəaliyyəti
  • Rejissor fəaliyyəti 
  • Kino tənqidçisi 
  • Müxtəlif redaksiyalarda jurnalist fəaliyyəti  
  • Teleaparıcı, radio aparıcı fəaliyyəti

Harada bu ixtisasa sahiblənmək olar?

  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. 

Bu ixtisas üzrə harada çalışmaq olar?

  Bu peşə sərbəst bir peşədir, yəni bizim iş yerimiz, evimiz və ya hər hansı bir restoran belə ola bilər. Əsas olan bizə lazım olan ləvazimatlarımızın yanımızda olmağıdır.

Lakin biz əgər bu peşə üzrə həqiqətən ixtisaslaşmış peşəkar olarıqsa, biz ssenaristlərə hər yerdə iş var:

  • Kino, televiziya və teatr sahəsində ssenarist kimi 
  • Jurnalist kimi
  • Dramaturq kimi   

Bu ixtisas üzrə lazım olan biliklər və bacarıqlar 

  İlk öncə bunu qeyd etməliyik ki, bu ixtisas üçün xüsusi istedad lazımdır. Çünki bu ixtisas üzrə peşəkar olmaq üçün bəzi xüsusiyyətlərə malik olmaq mütləqdir. Bu xüsusiyyətlərə aiddir:

  • Yaradıcılıq qabiliyyəti və müşahidə bacarığı; 
  • İnsanları tanımağa çalışmaq, onların həyatlarını  təxmini də olsa görmək; 
  • Yüksək təxəyyül və yaradıcılıq qabilliyəti;   
  • Güclü yaddaş;
  • İntellektual səviyyə;
  • Bu sahə üzrə peşəkar olmaq arzusu; 
  • Düzgün mülahizə yeritmə bacarığı;
  • Psixoloji biliklər.

İxtisasın gələcəyi 

  Dünya üzərində hər il minlərlə film çəkilir. Bu filmlərin hər biri üçün yeni bir ssenari yazılır. Bu da o deməkdir  ki, film sektoru olduqca bu sahədə  peşəkar olan insanlara hər zaman gərək duyulacaq.

Əmək haqqı

  Bu peşənin əmək haqqı barəsində tam dəqiq bir qiymət göstərmək, demək çətindir. Əsasən, əmək haqqı bizim yazdığımız ssenarinin nə ilə bağlı olduğuna və yazılan ssenaridəki mövzunun nə qədər aktual olduğuna bağlıdır. Ancaq təxmini hesabla desək, 90-120 dəqiqəlik bir filmin ssenarisi üçün əmək haqqı 2000-7000 AZN arası dəyişiklik göstərir. Bu reklam və klip ssenariləri üçün verilən əmək haqqına aid deyildir. Hər bir ssenarinin öz qiyməti var. 

 

                        Zeynallı Ürfan 

  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin III kurs Kino və televiziya fakültəsi

 Bədii yaradıcılıq və ekran dramaturgiyası tələbəsi

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.