Tərcüməçilik sənəti
Tərcüməçilik sənəti
Araşdırıcıların əlində kifayət qədər dəlil olmadığından tərcümənin yarandığı tarixi və məkanı dəqiq müəyyənləşdirmək çox çətindir. Amma bir fakt mübahisəsizdir ki, tərcümə lap qədim zamanlarda, xalqlar, ayrı-ayrı dillərdə danışan qəbilələr, yaxud etnik qruplar arasında ünsiyyətə ehtiyac yarananda meydana gəlib. Tərcümənin yaranması bilavasitə dünya xalqları dillərinin meydana gəlməsi ilə bağlıdır.
Tərcüməçilik sənəti - Bir dildən başqa dilə tərcümə etməklə məşğul olan adam (mütərcimdir).
Tərcüməçilik asan peşə sahəsi deyil. Həddindən çox insan düşünür ki, tərcümə tez bir şəkildə yerinə yetirilə bilən asan işdir, sanki tərcüməçi sadəcə olaraq fransız sözlərini ingilis sözləri ilə əvəz edir. Səriştəli makinaçı 3000 sözlük sənədi bir saat içində yazıb köçürə bilər. Lakin iş tərcüməyə gələndə siz çox çətin ki, bir saata min söz yaza bilən insan tapa biləsiniz.
Bu sahədə uğurlu olmağın əsas yolu maksimum söz bazanın olması,qrammatik qaydalara düzgün əməl etmək, öyrəndiyin dili- onun tarixi, mədəniyyəti ilə daim maraqlanmaqdır.
Tərcümənin yazılı və şifahi olaraq iki forması vardır. Təbii ki bu formaları bir birindən fərqləndirən və öyrənilmə sahəsinə görə fərqlilik yaradan məqamları vardır. Şifahi tərcüməçi mütləq şəkildə aydın, səlist nitqə malik olmalıdır.
Daha yüksək bilik və bacarıqlara yiyələnmək üçün nə etmək lazımdır?
İlk vaxtlar günlük rutinləri insan ana dilində yox artıq xarici dildə fikirləşməyi özünə yol seçməlidir. Zamanla bu, onun gündəlik həyatında öz-özlüyündə yer alacaqdır. Ümumiyyətlə, dil öyrənmək istəyən insanların həmin dildə filmlər seyr etmək, musiqilər dinləmək, o dildə danışan insanlarla mütəmadi şəkildə ünsiyyət qurmağı mütləqdir.
Tərcüməçi bütün sahələrdən xəbərdar olmalıdır.
Dili yaxşı öyrənməyin əsas məqamlarından biri də həmin dil mühitində yaşamaqdır. Tərcüməçi öyrənəcəyi dili həmin ölkədə Tərcüməçilik ixtisası kimi öyrənə bilmir. Sadəcə olaraq həmin mühitdə dilə daha yaxın olur və özünü inkişaf etdirir.
Bir fərd ilk olaraq tərcüməçiliyə başlayırsa, bunu təhsil aldığı illərdən etibarən etməlidir. Məsələn, ilk olaraq özü üçün müəyyən tərcümələr etməli, etdiyi tərcümələr üzərində işləməli, hər sahə üzrə termin bazasını gücləndirməlidir.
Könüllü tərcüməçilik fəaliyyəti ilə məşğul olmaq da gələcəkdə professional tərcüməçi olmaq yolunda sizə kömək olacaq.
Unutmayın ki, insan inandığı sahədə özünə yer tapır. Bu gün ölkəmizdə demək olar ki, bütün qurumlarda hər dil üzrə tərcüməçi mütəxəssislərə ehtiyac var. Nəzərə alsaq ki, bu sahədən hər il digər sahələrə nəzərən cox az tələbə məzun olur. Bu da o deməkdir ki, əgər siz yaxşı tərcüməçi olmağı bacarsanız, işlə təmin olunmada problem yaşamayacaqsınız.
Ixtisas haqqında videomüsahibəmizə buradan daxil ola bilərsiniz.
Salman Tofiq oğlu Quliyev,
Azərbaycan Dillər Universiteti Dil Xidmətləri Tədris-Təlim və Karyera Mərkəzinin müdiri
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.