Uğura doğru atılan addımlar

Uğura doğru atılan addımlar

Uğura doğru atılan addımlar

 Günümüzdə abituriyentlərin bir qismi qəbul imtahanlarına hazırlaşan zaman gələcəkdə ixtisaslaşacağı sahəni əvvəlcədən qərarlaşdırmır, hədəflərini müəyyən etmir. Gələcəkdə kim olmaq istədikləri , hansı sahədə çalışmaq istədikləri, eynilə də hansı növ işlərin öhdəsindən gələ biləcəklərini təyin edə bilmirlər.

 Bu zaman əsas hədəf qəbul imtahanında yüksək nəticə göstərmək və universitetə qəbul almaq olur. 4-5 illik tələbəlik həyatında isə imtahanlardan keçmək və yaxud da universiteti yüksək göstəricilərlə bitirməyə fokuslanırlar. Bu da onlara məzun olduqdan bir neçə müddət ərzində iş tapmaqda problem yaradır.

      Təcrübə göstərir ki, ixtisas seçimi zamanı gələcəkdə işləmək istədiyi sahəni düzgün müəyyənləşdirən, gələcək peşəsi üzrə təhsil alan və  bu istiqamətdə bilik, bacarıqlarını möhkəmləndirən  şəxslər iş həyatında daha uğurlu və tez addımlar ata bilir.

İş həyatında uğurlu olmanın əsas mənbəyi doğru mühitdə, düzgün insanların əhatəsində bacardığın işi görməkdən başlayır.

Oxuyucularda sual yarana bilər ki, məqsədlərimizi necə formalaşdıra, kim olmaq , harda çalışmaq istədiyimizi necə düzgün təyin edə bilərik?

Problemin həlli üçün məqsədlər tələbəlik illərinin sonu deyil, abituriyent vaxtlarından təyin edilməyə başlamalıdır. 

Əgər sizin sevdiyiniz sahə bilik, bacarıqlarınızla düz mütənasibdirsə, uğuru mənimsəmiş sayıla bilərsiniz.

  Günümüzdə mövcud olan bütün sahələri araşdırmaq lazımdır. Bu sahələrə  maliyyə, mühasibatlıq, marketinq, insan resursları və digərləri aid ola bilər.  Bu işin  peşəkarlarından, eyni zamanda internet resurslarından istifadə edərək həmin vəzifələrin təsviri ilə tanış ola bilərsiniz. Misal üçün, Marketoloq kimdir? İRM kimdir? Mühasib kimdir? Əgər gələcəkdə marketoloq olsam hansı işləri görəcəm? 

  Bu sahədə işləyə bilmək üçün sizdən hansı bilik və bacarıqlar tələb olunacaqsa, tələbəlik dövründə həmin bilik və bacarıqlara yiyələnməyə çalışın. Misal üçün, əgər seçdiyiniz ixtisasın vakansiyalarında xarici dillər (ingilis, rus, alman və b.) müəyyən kompüter proqramları tələb olunursa, bu istiqamətdə bacarıqlarınızı möhkəmləndirin. 

  Yaxın keçmişin və indiki dövrün trend sahələrindən biri də İnsan Resursları (İR) sahəsidir. Trend mövzular hər zaman insanları özünə cəlb etdiyi kimi, İR-da uzun müddətdir ki,  diqqət mərkəzində qalmağı bacarır.

  Təəssüflər olsun ki, hal-hazırda bakalavr səviyyəsində ixtisas olaraq “İnsan Resurslarının idarəedilməsi”nə dair ayrıca fakültələr yoxdur. Bu sahədə çalışan peşəkarların təhsilinə nəzər salsaq, daha çox iqtisadiyyat və psixologiya yönümlü ixtisaslarda təhsil aldıqlarına rast gələ bilərik.

  Belə ki,  İR olaraq çalışmaq istəyən tələbələr bu sahədə işə başlamaq üçün bu peşə üzrə verilən təlimlərə, seminarlara qatılmalı və daha çox mütaliə edərək bu istiqamətdə nəzəri biliklər qazanmalı olurlar. Öz təcrübəmdən deyə bilərəm ki, universitet illərində artıq gələcəkdə hansı sahə üzrə ixtisaslaşacağımı təyin etmişdim. Belə ki, şirkətlərin ən azından təcrübəçi kimi işə qəbul etmələri üçün heç olmasa bu sahədə müəyyən nəzəri məlumatlarımın olması vacib idi. İR kimdir? Necə olmalıdır? İş müsahibələrində nələri etmək lazımdır və yaxud da nələri etmək olmaz? kimi suallara cavab axtardım və türk ədəbiyyatının, internet resurslarının  bu istiqamətdə böyük yardımı toxundu. İstər İR, istərsə də digər istiqamətlərdə işə başlmaq üçün faydalı ola biləcək bir neçə mənbəni əlavə edirəm:

 

İR  təkcə texniki bilik bacarıqlara sahib olmaqla kifayətlənmir, bu sahə öz mütəxəssislərindən yüksək şəxsi keyfiyyətlər tələb edir.

Belə ki, İR  olmaq istəyən namizədlər mütləq şəkildə bir neçə “Soft skill”ə malik olmalıdır. “Soft skill”lər dedikdə əsasən şəxsi keyfiyyətlər nəzərdə tutulur.

İR mütəxəssis şirkətin imicinin formalaşmasında təsiri olan başlıca amillərdən biri rolunu oynadığı, mütəmadi olaraq namizədlərlə, işçilərlə görüşməklə, biznes aləmində çalışdığı şirkəti təmsil etdiyi üçün öz fikrini səlis, dəqiq formada izah etməyi bacarmalıdır. 

  Görüşlər zamanı heç bir namizəd qaraqabaq, neqativ enerji paylayan biri ilə ünsiyyətdə olmağı istəməz. Bu baxımdan İR-ın pozitiv yanaşması,  motivasiya ruhunun olması, empati bacarığı olmalıdır. Əks təqdir də, bu sahədə problemlərlə qarşılaşa bilərsiniz. 

0-dan başlayanlar üçün uyğun görülə bilən bir neçə ədəbiyyatla tanış ola bilərsiniz : 

  1. Azərbaycan Respublikasının  Əmək Məcəlləsi

  2. İnsan Resursları Menecmenti -Monoqrafiyası

  3. İnsan Kaynakları yönetimi - Anadolu Universiteti

  4. Kariyer Planlama Ve Geliştirme El Kitabı -Turgut Özal Universiteti

Mabudova Sevinc  

Veysəloğlu MMC - İnsan Resursları üzrə biznes partnyor

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.