“Universitet illərini necə səmərəli keçirməli...”

“Universitet illərini necə səmərəli keçirməli...”

“Universitet illərini necə səmərəli keçirməli...”

Salam, əziz oxucu!

     Bu məqalənin məqsədi universitetə qəbul olacaq abituriyent dostlarımın qarşılaşa biləcəyi mümkün suallara cavab ola bilməkdir. İcazənizlə, təhsil aldığım ixtisas, universitet illərindəki akademik fəaliyyətim haqqında məlumat və bəzi məsləhətlər verməklə sizin universitet seçiminizə kömək etmək, akademik və professional həyatınızda daha səmərəli və faydalı biri olmağınız üçün öz həyatımdan çıxardığım nəticələri sizinlə bölüşmək istərdim.

                                                                                                                  

C:\Users\alismayilov\Desktop\İxtisas.az məqalə\article panoram.png

Mən 2013-cü ildə qəbul imtahanında 642 bal toplayaraq ADA Universitetinin Biznesin İdarə Edilməsi fakültəsində təhsil almağa başlamışam. Bu fakültənin üstünlüklərindən biri tələbələrə geniş çərçivədə biznes fənləri tədris eməkdir. Yəni, bu fakültəyə qəbul olmuş tələbə həm marketinq, həm idarəetmə, həm maliyyə, həm mühasibatlıq kimi biznes fənləri, həm də fəlsəfə, tarix, riyaziyyat kimi ümumi fənlər üzrə biliklərini artıra bilir. Bu sistem tələbəyə universitetə daxil olarkən deyil, oxuduğu müddət ərzində sevdiyi peşə (əməliyyat mütəxəssisi, insan resursları mütəxəssisi, satınalma mütəxəssisi, mühasib, maliyyəçi, vergi mütəxəssisi, audit, biznes analitik, marketoloq, strategiya mütəxəssisi, menecer) üzrə istiqamətlənməyi təmin edir. Bu üstünlük olduğu qədər bəzən də müəyyən əskikliyə səbəb ola bilər. Belə ki, akademik fəaliyyəti ərzində 30-35 ixtisas fənni keçən tələbənin əksər fənlərini yiyələnəcəyi peşə üzrə götürə bilməməsi gələcəkdə bu sahədə digər tələbə yoldaşlarından daha az bilgili olmasına da səbəb ola bilər. Yəni, əgər tələbə universitetin son ilində maliyyə ixtisasına yiyələnməyə qərar veribsə və illər ərzində müqayisəli şəkildə daha az maliyyə fənləri götürübsə, bu onun karyerasında bəzi əngəllər yarada bilər. Digər bir tərəfdən, müxtəlif fənlər üzrə təhsil almaq daha yaradıcı tələbələr formalaşdırmaqla daha uğurlu biznes menecerə çevrilmək üçün zəmin yaradır. Burada verilməli olan sual: mən peşəkar əməliyyat mütəxəssisi, , insan resursları mütəxəssisi, satınalma mütəxəssisi, mühasib, maliyyəçi, vergi mütəxəssisi, marketoloq olmaq istəyirəm, yoxsa mən bütün sahələrdən kifayət qədər biliyi olan audit, biznes analitiki, strategiya mütəxəssisi və ya menecer olmaq istəyirəmdir. Bu ixtisasların hər biri ilə “Hansı peşəni seçməli və necə peşəkar olmalı...” adlı digər məqaləmdə sizinlə bölüşdüyüm sadə nümunə vasitəsilə tanış ola bilər və bəlkə də artıq öz ixtisas seçiminizi etmiş ola bilərsiniz. Bu məqalədə isə peşəkar həyata atılmadan öncə, universitet dövründə uğurlu bir tələbə olmaq üçün aşağıdakıları məsləhət görərdim:

Transparent Teamwork Icon Png 1. Universitetdə oxuduğunuz zaman, mümkün qədər qrup işlərində komanda ilə işləmək bacarığınızı inkişaf etdirin. ADA Universitetində hər il müxtəlif sosial məsuliyyət layihələri idarə edən komandalar akademik ilin sonunda müxtəlif pul mükafatlarına layiq görülür. Əgər universitetinizdə belə bir tədbir olmayacaqsa belə, özünüz layihə inkişaf etdirib komanda yoldaşlarınızla onu həyata keçirə bilərsiniz. Eyni zamanda bu layihəniz üçün müxtəlif dövlət qurumlarından qrantlar, yəni maddi vəsait də ala bilərsiniz. Öz layihənizin olması sizə bir çox bacarıqlara yiyələnməyə kömək edəcək. Bunlara komanda işi, liderlik, layihə idarəetməsi, düzgün kommunikasiya bacarıqları aid edilə bilər. 

File:Gnome-application-certificate.svg - Wikimedia Commons2. Sadəcə universitetin verdiyi təhsillə kifayətlənməyib, həm də ixtisasınız üzrə beynəlxalq sertifikatlar almağa çalışın. Bu mənim etmədiyim bir şeydir və istərdim ki, sizlər bunu edəsiniz. Beynəlxalq sertifikatlar dedikdə, hər hansı bir mövzu üzrə bir neçə ay davam edən tədrisdən sonra verilmiş imtahan nəticəsində qazanılan sertifikatları nəzərdə tuturam. Məsələn, maliyyə sahəsində ACCA, CFA kimi sertifikatlar bu qəbildəndir. Karyera axtarışında olarkən beynəlxalq sertifikatların olması sizi hər bir qurum üçün arzuedilən işçiyə çevirir. Bu da öz növbəsində, sizin bazarda daha üstün şərtlərlə işləməyinizə yol açır. Yəni, siz ixtisası sahəsində beynəlxalq sertifikatları olan bir gənc olaraq daha üstün məvacib, daha peşəkar kollektiv və daha böyük şirkətlərdə işləmək imkanına sahib olacaqsınız. 

Question mark Icons - Free Download, PNG and SVG3. Universitet zamanı oxuduğunuz bütün bilgiləri, mən bunu necə tətbiq edəcəm düşüncəsiylə oxumağa çalışın. Bu suala cavab tamaqda çətinlik çəkdikdə müəllimlərinizlə məsləhətləşin, onlar da cavab tapmasalar özünüz araşdırın. Araşdırma bacarığınızın yüksək olması üçün ingilis dilini universitetin ilk ilində mükəmməl öyrənməyə çalışın. Daha çox dil bilmək, daha çox mənbələri araşdıra bilmək və suallarınızın əksəriyyətinə cavab tapmağınıza yol açır.

Internship Program - Key Financial, Inc.4. Üçüncü maddədə qeyd edilmiş məsləhəti daha da yaxşı tətbiq etmək üçün universitet zamanı işləmək məsləhətdir. Başa düşürəm ki, ağır dərs yükü bəzən universitet vaxtı eyni zamanda işləməyi çətinləşdirir. Ona görə də sizə ilk 2 ildə dərslərinizi mükəmməl öyrənməyi, bu bilgiləri necə tətbiq etməyi düşünməyinizi məsləhət görürəmsə, universitetin son 2 ilində yarımştat işləməyi tövsiyə edirəm. Mən universitetin ikinci ilindən aktiv olaraq işləməyə başladım və bu mənim dərslərimi mənimsəməyə çox kömək oldu. Belə ki, dərsdə öyrəndiyim bilgini işdə tətbiq edərək həm dərsi daha yaxşı öyrənə bilirdim, həm də iş yerində yeniliklər gətirən işçiyə çevrilərək menecerlərimin təqdirini qazanırdım.  

Иконки «Цель» — скачай бесплатно PNG и вектор        5. Qarşınıza illik, rüblük, aylıq və həftəlik olacağı şəkildə hədəflər qoymağınız, bu hədəflərə çatmaq üçün hansı addımları hansı tarixlərdə atacağınız haqqında qeydlər düşməyinizi məsləhət görürəm.         Hədəflərimizin olması bizi hər zaman daha məsuliyyətli və həyatına daha hakim insanlar edir. Çalışın vaxtınızı səmərəli keçirəsiniz və həftə sonları özünüzə həftəlik hesabat verəsiniz. Nələri bacardınız, nələrdə çətinlik çəktiniz, nələri dəyişdirə bilərsiniz şəklində özünüzə suallar verin. Bu sizin öz potensialınızı daha yaxşı dərk etməyinizə səbəb olacaq. 

Free Book Idea Icon of Colored Outline style - Available in SVG, PNG, EPS,  AI & Icon fonts6. Ən böyük yatırımı özünüzə edərək, oxumağı, araşdırmağı, yeni bilgilər əldə etməyi heç vaxt tərk etməyin. Oxuduğunuz ixtisas üzrə yerli və beynəlxalq xəbər saytlarını izləmək sizi hər zaman yeniliklərdən xəbərdar edəcək. Bu sizdə bazarda mövcud olan trendlər haqqında daha dolğun fikrinizin formalaşmasına səbəb olacaq. Universitetin ilk illərindən qeyri-tekniki biliklərinizi inkişaf etdirmək üçün müxtəlif treyninqlərə getməyinizi tövsiyə edirəm. Mən universitetin ilk illərində zamanın effektiv idarə edilməsi, intervyu bacarıqlarının formalaşdırılması, kommunikasiya bacarıqlarının və ictimai nitq qabiliyyətinin inkişaf etdirilməsi sahəsində 50-yə yaxın təlimlərdə iştirak etmişdim. Lakin sizə mövzular fərqli olmadıqca bu rəqəmi çox yüksək tutmağı tövsiyə etmirəm. Yəni, təlimlərin bir çoxunda fikirlər təkrarlanır və bu da sizin üçün əlavə vaxt itkisinə səbəb ola bilər. Təlimlərdə iştirak edərkən sonda alacağınız sertifikata deyil, öyrəndiyiniz yeni biliklərə fokuslanmağa çalışın. Sertifikatlar sizin sadəcə fiziki olaraq həmin təlimdə olduğunuzu isbat edir, lakin düşüncə tərziniz və intervuda verdiyiniz cavablar təlimi necə mənimsədiyinizi göstərir. 2-ci maddədə qeyd etdiyim beynəlxalq sertifikatlardan fərqli olaraq, bu tip sertifikatlar, adətən, iştirak sertifikatı adlanıb bir və ya bir neçə gün ərzində aparılan təlimdən sonra bütün iştirakçılara verilən və sizi digər təlim iştirakçılarından fərqləndirməyən sertifikatlardır. 

Volunteer Icon Png Transparent Images – Free PNG Images Vector, PSD,  Clipart, Templates7. Könüllülük fəaliyyəti ilə məşğul olmağa çalışın. 6-cı maddədə qeyd olunan qeyri-tekniki bacarıqlarınızı inkişaf etdirmək, eyni zamanda qayğıkeş vətəndaş olmaq üçün müxtəlif növ könüllü fəaliyyətlərdə iştirak etməyinizi məsləhət görürəm. Universitetinizin və ya beynəlxalq qurumların tədbirlərində, dövlət qurumlarında, həmçinin korporativ təşkilatların sosial məsuliyyət layihələrində könüllü iştirak edərək həm çevrənizi genişləndirə bilərsiniz, həm də öyrəndiyiniz texniki və qeyri-texniki bilikləri tətbiq edə bilərsiniz

Travel Clip Art PNG Image Free Download searchpng.com8. Bir müddət rahat yaşayış şərtlərinizi tərk edərək səfərlər etməyinizi məsləhət görürəm. Əgər bunu qarşılamağa  imkanınız varsa və ya təqaüd alaraq bunu edə bilirsinizsə, ölkə xaricində bir müddət yaşamağınızı tövsiyə edirəm. Mən universitetin mübadilə proqramı sayəsində 6 aya yaxın bir müddət Fransada təhsilimi davam etdirmişəm. Xarici bir ölkədə yaşamaq yeni mühitdə, yeni mədəniyyətdə tanımadığınız insanlarla ünsiyyət qurmağınızı, fərqli ölkələrdən olan tələbələrlə eyni layihələrdə yer almağınızı təmin edərək sizə evinizi təmziləmək, paltarınızı yumaq, yeməyinizi bişirmək kimi məişət işlərinin təkbaşına öhdəsindən gəlməyinizi öyrədir. Düşünürəm ki, bu cür mühitlər, yəni komfort zonasından uzaq olduğumuz bu macəralar, bizim şəxsiyyətimizin formalaşmasına bilavasitə təsir göstərir. Əgər kişi cinsindən olan Azərbaycan vətəndaşısınızsa, o zaman bu maddədə qeyd olunan məsləhəti hərbi xidmət zamanı da həyata keçirə bilərsiniz. Ümumiyyətlə, mən hər bir universiteti bitirmiş tələbəyə hərbi xidmət keçməyi məsləhət görürəm. Bu elə bir xidmətdir ki, burada siz dünyada əksər insanların yaşaya bilməyəcəyi unikal bir təcrübə qazanırsınız. Mən hərbi xidmətimi 1 il müddətli olaraq cəbhə bölgəsində etmişəm və hərbi xidmət mənim daha nizamlI, daha dözümlü, daha çevik və daha dinamik həyat tərzinə keçməyimə səbəb olub. 

Hobby - Icon Color Friend Png Clipart - Large Size Png Image - PikPng 9. İxtisasınızla əlaqəli olan və ya olmayan bir məşğuliyyətinizin olmasını məsləhət görürəm. Bu rəsm çəkmək, heykəltəraşlıq, məqalə yazmaq kimi yaradıcı məşğuliyyətlərlə yanaşı, həm də təsadüfi bir şirkətin marketinq və ya maliyyə analizinin aparılması kimi ixtisasınızla əlaqəli şəkildə də ola bilər. Mən hobbi olaraq gəzib gördüyüm yerli və xarici şəhərlərdə fotoşəkillər çəkirəm və bunu sosial media hesabımdan izləyicilərimlə paylaşıram. Hobbinizin əlavə qazanc yeri olması da arzuolunandır. Məsələn, mən maliyyə mütəxəssisi olmaqla yanaşı, həm də Azərbaycan Turizm Bürosunun lisenziyalı bələdçisiyəm. Azərbaycan tarixini və mədəniyyətini araşdırmaqla yanaşı, bu tarix və mədəniyyəti müxtəlif ölkələrdən ölkəmizə gələn insanlarla paylaşmağı sevirəm. Təhsil və iş həyatından kənarda hobbinizin olması yorğun həftənin sonunda sizin enerji mənbəyiniz ola bilər. 

Badminton racket flat icon summer vacation Vector Image10. Ruhunuzu sağlam saxlamaq üçün daima idmanla məşğul olun. Professional şəkildə məşğul olduğunuz idman növü sizin 9-cu maddədə qeyd edilən hobbiniz ola bilər. Mən professional olaraq idmanla məşğul olmasam da hər gün ən az bir saat olmaqla növbəli şəkildə həm gəzir, həm də qaçıram. Fiziki aktivlik beyin hücrələrinin yenilənməsinə səbəb olur ki, bu da öz növbəsində sizi daha səmərəli bir həyat tərzi yaşamağa sövq edir. 

Note Taking11. Not götürün. Bu mənim bəlkə də sizə verə biləcəyim ən dəyərli məsləhətdir, çünki yazmaq insanı rahatlaşdırır, stresini azaldır və həyatına hakim olmağı təmin edir. Burada bəhs etdiyim notlar 5-ci maddədə qeyd edilən hədəflər və müvafiq tədbirlərdən savayı, daha çox qiymətləndirmə şəklində olan notlardır. Yəni, əgər sizin hədəfiniz 1 ay ərzində 1 kitab oxumaqdırsa, notlarınız bu kitabdan öyrəndikləriniz haqqında və həyatınıza tətbiq edəcəkləriniz şəklində ola bilər. Ümumiyyətlə, bir filmə baxandan və ya bir kitabı oxuyub bitirəndən sonra müxtəlif kateqoriyalar üzərindən həmin film və kitabı dəyərləndirməyinizi məsləhət görürəm. Bu, sizdə kritiki düşüncə tərzini formalaşdırmaqla yanaşı, həm də təhsil və karyeranızda daha düzgün qərarlar verən birinə çevirəcək.

Index of /wp-content/uploads/2016/04Bonus maddə. Məqalənin bu hissəsinə qədər həvəslə və maraqla oxuyub gələn dostlarımla indiyə kimi müxtəlif kateqoriyalarda oxuduğum və baxdığım, ən bəyəndiyim 10 kitab və filmi bölüşəcəm: 

reytinq

İxtisas yönümlü kitablar

Şəxsi inkişaf kitabları

1

Financial Accounting - Harrison, Horngren, Thomas, Suwardy

Kalbin temizse hikayen mutlu biter - Hakan Mengüç

2

Business Analysis and Valuation- Palepu, Healy, Peek

Şu hortumlu dünyada fil yalnız bir hayvandır - Ahmet Şerif İzgören

3

The Black Swan - Nassim Nicholas Taleb

Hakimiyyətin 48 qanunu - Robert Qrin

4

Financial Reporting - ACCA study text

İş yaşamında 100 kanguru - Ahmet Şerif İzgören

5

Managerial Economics - Allen, Weigelt, Doherty Mansfield

Kimyagər - Paulo Coelho

6

Principles of Microeconomics - Gregory Mankiw

Fesleğen - Hikmet Anıl Öztekin 

7

Principles of Macroeconomics - Gregory Mankiw

Avucunuzdaki kelebek - Ahmet Şerif İzgören

8

Guide to the Project Management Body of Knowledge - PMBOK Guide

Varlı Ata, Kasıb ata - Robert Kiyosaki

9

The Economics of Money, Banking and Financial Markets - Mishkin

Bir ömür nasıl yaşanır - İlber Ortaylı

10

Marketing Insights from A to Z - Kotler

Eyvallah - Hikmet Anıl Öztekin

 

reytinq

Bədii qiraət kitabları

Filmlər

1

Masadakı Kartlar - Aqata Kristi

Coco - Lee Unkrich

2

Papatya kokan kadın - Ahmet Şahin

7-ci Koğuştaki Mucize - M.A. Öztekin

3

Üfüqün əks tərəfi - Mark Levy

Real Steel - Shawn Levy

4

Sofinin dünyası - Justeen Gaarder

Les Traducteurs - Regis Roinsard

5

Yeddinci mərtəbədə qətl - Elxan Elatlı  

Now you see me - Louis Leterrier

6

Bir milyon dollarım olsaydı - Qaraqan

Uşaqlığın son gecəsi - Arif Babayev

7

Иллюзия и реальность -Галина Шереметьева

Ford vs Ferrari - James Mangold

8

Gokyuzune Not - Ahmet Batman

Patch Adams - Tom Shadyac

9

Ne düşündüyünü biliyorum - Mark Allen Smith

Fahim, the little chess prince – P.F. Martin Laval

10

Farenheit 451 - Rey Bredbery

Dead Poets Society - Peter Weir

 

     Məqaləmi yekunlaşdıraraq bildirmək istəyirəm ki, sizin akademik həyatda da, professional həyatda da sadəcə bir rəqibiniz olsun; o da dünənki özünüz. Çox insan tanıyın, çox söhbətlər edin, lakin özünüzü kiminləsə müqayisə edərək nə sevinin, nə də kədərlənin. Özünüzə və tanrıya hesabat verin. Tənbəllikdən, qorxaqlıqdan, səmərəsizlikdən Allaha sığının və hər gününüzə şükür edin, dəyərli dostlarım. İnanıram ki, əlavə suallarınız yarana bilər, əlavə məsləhət almaq istəyəcəyiniz sahələr ola bilər. Sizi çox uzun bir məqaləylə sıxmamaq üçün əlaqə vasitələrimi sizinlə bölüşürəm. Mənə Linkedin və Facebook üzərindən yaza bilərsiniz. Mesajınızda məqaləni oxuyub yazdığınızı qeyd edin ki, mən də sizlərə daha tez geridönüş edə bilim. Allaha əmanət olun! 

 

Əliş İsmayılov,

SOCAR AQŞ MMC-də İnvestisiyalar və Beynəlxalq Layihələr üzrə Mütəxəssis

Əlaqə vasitələri:

Linkedin: https://www.linkedin.com/in/alish-ismayilov-30158b99/

Facebook: https://www.facebook.com/alish.ismayilov.9 

“Hansı peşəni seçməli və necə peşəkar olmalı…” məqaləsinə keçid:

https://www.ixtisas.az/az/blog/hansi-peseni-secmeli-ve-nece-pesekar-olmali-192

 
 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.