Cihazqayırma mühəndisliyi- Cihazqayırma texnologiyası

Cihazqayırma mühəndisliyi- Cihazqayırma texnologiyası

Cihazqayırma mühəndisliyi- Cihazqayırma texnologiyası

İxtisasın təsviri:

  Cihazqayırma Texnologiyası tələbələri müxtəlif məhsulların istehsalında istifadə olunan avtomatlaşdırılmış proses nəzarəti və ölçü sistemlərinin istismarı ilə bağlı əsaslı nəzəri və praktiki təlimlərlə təmin edir. Cihazqayırma texnologiyası mütəxəssisləri elektrik / elektron ölçmə və idarəetmə alətlərinin quraşdırılması, nasazlıqların aradan qaldırılması, kalibrlənməsi, saxlanılması və təmiri üçün elektron test cihazlarından istifadə edirlər. Cihazqayırma texnoloqları analitik alətlər, kodlar və standartlar, məlumat rabitəsi və şəbəkələri, elektronika ilə yaxından tanış olur, proqramlaşdırma, sahə ilə bağlı layihə tərtibatı, rəqəmsal məntiq kimi kompetensiyalara malik olurlar.


İxtisasın gələcəyi:

  Dövrümüzdə texnologiya və sənaye sahələri ilə bağlı inkişaf sezilməkdədir. Cihazqayırma Texnologiyası məhz bu anlayışları özündə cəmləyən sahə olmaqla yanaşı, tətbiqi sahələri də geniş olan bir sahədir. Bu ixtisas vasitəsilə dövrümüzdə xüsusi tələbat olan ağır sənaye, mədən sənayesi, istehsal sahələrində çalışmaq mümkündür. Eyni zamanda cihazqayırma texnoloqları neft emalı zavodlarında, gübrə və neft kimyası zavodlarında, mədən və dəyirman sahələrində, istehsal müəssisələrində, mühəndis firmalarına məsləhət vermək, satış və xidmət şirkətləri üçün işləyirlər. Cihazqayırma texnologiyasında uğurlu mütəxəssis müəyyən sistemlərin necə işlədiyini görmə qabiliyyətində olmalı və problemlərin həlli ilə də maraqlanmalıdır.


Universitet:

→Azərbaycan Texniki Universiteti