İxtisasın təsviri:
Bələdiyyə Menecmenti ixtisası yerli ehtiyat mənbələrinin, insan resurslarının istifadəsinin səmərəliliyinin artırılması üçün planlaşdırma, nəzarət kimi funksiyaları özündə birləşdirir. Səmərəli idarəetmə bələdiyyələrin öz hədəfinə çatması üçün mövcud resurslardan ən yaxşı formada istifadə etmək ölçüsüdür. İdarəetmənin səmərəli həyata keçirilməsinə elm və texnikanın tərəqqisi, məhsuldar qüvvələrin inkişafı və istehsal münasibətlərinin xarakteri də müəyyən təsir göstərir. Bu baxımdan bələdiyyə menecmenti ictimai-iqtisadi münasibətlərin konkret, məqsədəuyğun təşkil edilməsi metodudur.
İxtisasın gələcəyi:
İxtisas mütəxəxssisləri idarəetmə, problem həlletmə, liderlik, təşkilatçılıq bacarıqları ilə bələdiyyə və yerli özünüidarə orqanlarında karyera həyatlarını davam etdirə bilərlə. Lakin bu ixtisas üzrə tələb limitli olduğu üçün rəqabətdə kifayət qədər professional olmaq lazımdır.
Universitet:
→Azərbaycan Dövlət İqtisad Universiteti