Dövlət və bələdiyyə idarəetməsi - Dövlət strukturlarında menecment

Dövlət və bələdiyyə idarəetməsi - Dövlət strukturlarında menecment

Dövlət və bələdiyyə idarəetməsi - Dövlət strukturlarında menecment

İxtisasın təsviri:

   Dövlət strukturlarında menecment, dövlət agentliklərində maliyyə, ictimaiyyətlə əlaqələr, texnologiya və insan resurslarının idarəsini özündə birləşdirən ixtisasdır. Bir cəmiyyətdəki bütün vətəndaşların sağlamlığı, təhlükəsizliyi və rifahına təsir edən xidmətləri idarə etmək, davamlı dəyişən bir mühitdə yüksək etik standartları təmin etmək, xarici standartlarla uyğunlaşmaq, dövlət xidmətlərini effektiv və səmərəli şəkildə təqdim etmək, tərəfsiz və obyektiv şəkildə qərarlar vermək ixtisasın əsas xüsusiyyətləridir. Bu ixtisas sahibləri hər an çətin iş şərtləri və ya situasiya ilə üzləşə biləcəkləri üçün problem həll etmə, idarəetmə, liderlik, ünsiyyət qabiliyyətləri yüksək olmalıdır. 


İxtisasın gələcəyi:

  Dövlət strukturlarında menecment ixtisası sahiblərinin fəaliyyət sahələri çox geniş olmadıqları üçün rəqabətli əmək bazarında öz yerini tutmaq üçün daima çalışmalıdırlar.

Universitetlər:

→Azərbaycan Dövlət və İqtisadiyyat Universiteti
→Bakı Mühəndislik Universiteti
→Azərbaycan Texnologiya Universiteti (Gəncə)
→Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
→Bakı Biznes Universiteti