Dünya iqtisadiyyatı - Beynəlxalq iqtisadi münasibətlər

Dünya iqtisadiyyatı - Beynəlxalq iqtisadi münasibətlər

Dünya iqtisadiyyatı - Beynəlxalq iqtisadi münasibətlər

İxtisasın təsviri:

  Beynəlxalq iqtisadi münasibətlər ayrı-ayrı ölkələr, onların regional birlikləri, həmçinin ayrı-ayrı müəssisələr (transmilli və çoxmilli şirkətlər) arasında iqtisadi münasibətlərin çoxsəviyyəli təsərrüfat əlaqələri kompleksidir. Beynəlxalq iqtisadi münasibətlər iqtisadi, qloballaşma prosesini idarə edən bazar, siyasi və digər qüvvələrin, eləcə də beynəlxalq ticarət və maliyyə inkişaflarını və siyasətlərini formalaşdıran özəl və dövlət qurumlarının dərindən dərk edilməsini özündə birləşdirir. Bu ixtisasın fərqləndirici xüsusiyyətləri beynəlxalq ticarət, maliyyə, sərmayə, inkişaf və idarəetmə məsələləri və iqtisadiyyat, biznes və siyasət elmlərindən analitik vasitələrin tətbiq edilməsinə yönəlmiş çoxsahəli fokusda olmasıdır. 


İxtisası gələcəyi:

  Məlumdur ki, bəşəriyyətin əsas problemi məhdud resurslar şəraitində insanların fasiləsiz olaraq artan tələbatını maksimum dərəcədə tam ödəməyi təmin etməkdən ibarətdir. Ölkələrin əksəriyyətinin malik olduqları resursların məhdudluğu səbəbindən öz gücünə hər şeyi istehsal etmək iqtisadi cəhətdən məqsədəuyğun deyildir. Məhdud təbii, insan və maliyyə resurslarına malik ölkələrdə əhalinin zəruri tələbatını ancaq bu resurslara arxalanaraq təmin etmək çox çətin məsələdir. Belə bir şəraitdə beynəlxalq iqtisadi münasibətlər, regionlar, ölkələr arasında daimi və fasiləsiz xarakter kəsb edən mübadilə olmadan əhalinin artan ehtiyaclarını ödəmək praktiki olaraq mümkün deyildir. Bütün bunlar ölkələr arasında beynəlxalq iqtisadi münasibətlərin mövcudluğunu zəruri edir, onun mili iqtisadiyyatlar üçün əhəmiyyətini şərtləndirir. Beləliklə beynəlxalq iqtisadi münasibətlər, onun formaları istənilən ölkə üçün zəruridir.

Universitetlər:

→Bakı Dövlət Universiteti
→Azərbaycan Dövlət İqtisad Universiteti
→Bakı Mühəndislik Universiteti
→Milli Aviasiya Akademiyası
→Naxçıvan Dövlət Universiteti
→Sumqayıt Dövlət Universiteti
→Azərbaycan Kooperasiya Universiteti
→Odlar Yurdu Universiteti
→Bakı Biznes Universiteti