Elektroenergetika mühəndisliyi - Elektrik şəbəkə və sistemləri

Elektroenergetika mühəndisliyi - Elektrik şəbəkə və sistemləri

Elektroenergetika mühəndisliyi - Elektrik şəbəkə və sistemləri

İxtisasın qısa təsviri 

Elektrik enerjisini elektrik stansiyasından tələbediciyə ötürmək və onu tələbedicilər arasında paylanması üçün istifadə olunan texniki qurğuya elektrik şəbəkəsi deyilir. Elektrik şəbəkəsi ötürücü elementlərdən – elektrik ötürücü xətlərdən və çevirici elementlərdən – transformatorlardan və elektrik şəbəkələrinin rejimlərinin və tənzimləməsini təmin edən əlavə qurğuların yığımıdır.

Yüksək gərginlikli EÖX böyük miqdarda və uzaq məsafələrə ötürmək üçün istifadə edilir. Alçaq gərginliklər EÖX elektrik enerjisini tələbedicilər arasında paylanılması üçün texniki qurğudur.Transformatorlar və əlavə qurğular yarımstansiyalarda quraşdırılır və şəbəkələrin elementlərini birləşdirilməsi və açılıb-bağlanmasını təmin edən paylayıcı quruluşu vardır. 

 

İxtisasın gələcəyi 

Hal-hazırda robotlaşmağa doğru gedən bir zamanda bu sahəyə böyük tələbat var. Həmçinin yeni infrastrukturların yaradılması, yaşayış yerlərinin salınması zamanı da elektrik mühəndisinə ehtiyac duyulur. Bunlar sonsuz olduğu üçün günü - gündən yeni yaşayış yerlərinin salınması, zavodların açılması bu sahənin gələcəyinin perspektivli olmasına təkan verir. 

 

Harada bu ixtisas sahiblənmək olar

Azərbaycan Texniki Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

Sumqayıt Dövlət Universiteti