Estrada sənəti ixtisası

Estrada sənəti ixtisası

Estrada sənəti ixtisası

İxtisasın təsviri 

   Estrada sənəti estrada və populyar musiqini öyrədən sənətdir. Estrada sözü tərcümədə “səhnə” anlamını verir. Estrada sənəti səhnə incəsənətinin bir növü olaraq özündə müxtəlif janrları birləşdirir: rəqs, ifa, sirk çıxışı, musiqi çıxışı, illüziyalar. “Estrada sənəti” ixtisasının əsasları mədəniyyət səviyyəsinin artırılmasına, ünsiyyət qurmaq bacarığının artmasına xidmət edir. Estrada sənətində uğur əldə etmək üçün üçün incəsənət sahəsində geniş dünyagörüşünə, yaxşı yaddaşa, analitik qabiliyyətə və düşüncələrini ifadə etmə qabiliyyətinə ehtiyac duyulur. Bu sahə yerli və dünya incəsənət mədəniyyəti ilə maraqlananlar üçün uyğun ixtisasdır.

İxtisasın tarixi

  Estrada sənəti XVIII – XIX  əsrlərdə Avropada geniş yayılmışdır. Azərbaycanda Estrada musiqisinin yaranması XX əsrin ortalarına təsadüf edir. 1956 – cı ildə Azərbaycan Dövlət Estrada Orkestri, 1957- ci ildə “Biz Bakıdanıq” estrada ansamblı, 1960- cı ildə Azərbaycan Televiziya və Radiosunun Estrada Orkestri, 60-cı illərdə “Qaya” kvarteti, 1966- cı ildə Azərbaycan Dövlət Mahnı Teatrı , 1975 – ci ildə Azərbaycan Dövlət Estrada – Simfonik Orkestri yaranmış və Azərbaycan estrada sənətinin inkişafında mühüm rol oynamışlar. Müharibədən sonrakı illərdə estrada sənətinin bədii səviyyəsinin yüksəlməsinə opera müğənnilərinin (R.Atakişiyev, L.İmanov) təsiri olmuşdur. R.Behbudov və M.Maqomayevin yaradıcılığı estrada sənətini zənginləşdirmişdir.

 Bu ixtisas sahibi nə işlə məşğul olur ?(iş öhdəlikləri)

  • ➝ Bu ixtisas sahibi ifaçı və ya nəzəriyyəçi kimi fəaliyyət göstərə bilər. İfaçı estrada musiqisini ifa edir, nəzəriyyəçi isə estrada musiqisinin tarixini, əsaslarını və hal-hazırki gedişatını izləyir;
  • ➝ Fənn müəllimi kimi fəaliyyət göstərə bilər;
  • ➝ Qiraətçi;
  • ➝ Səs təqlidçisi;
  • ➝ Estrada kollektivinin rəhbəri;
  • ➝ Şoumen;
  • ➝ Mətbuat konfranslarında, radio və televiziya proqramlarında iştirak etmək, jurnalistlərə reportajlar vermək;
  • ➝ Qastrol səfərində iştirak etmək;
  • ➝ Çıxış üçün proqram hazırlamaq;
  • ➝ Yaradıcı birliklərlə əlaqə saxlamaq;
  • ➝ Planların, yeni sahələrinin və yaradıcı fəaliyyətlərin digər məsələlərinin müzakirəsində iştirak etmək;
  • ➝ Yeni formalarından, üsüllardan istifadə edərək, sənət nailiyyətlərini əhali arasında təbliğ etmək üçün işlər aparmaq.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Milli Konservatoriyası
  • ➝ Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
  • ➝ Bakı Musiqi Akademiyası
  • ➝  Estrada ixtisası üzrə bakalavr səviyyəsini bitirən məzunlar ümumi təhsil pilləsində müvafiq olaraq musiqi fənnini tədris edə bilər.

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Musiqi yönümlü müəssisələrdə;
  • ➝ Radio və televiziyada;
  • ➝ Musiqi məktəblərində;
  • ➝ Univerisitetdə;
  • ➝ Şəxsi biznes.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) 

  • ➝ Estrada sənətinin tarixini bilməli;
  • ➝ Bu sənətin bütün janrlarına bələd olmalı;
  • ➝ Yaradıcı insan olmalı;
  • ➝ Yaxşı musiqi duyumu olmalı;
  • ➝ Vokalçı səsini idarə etməyi bacarmalı;
  • ➝ Vokal texnikasına bələd olmalı;
  • ➝ İnstrumental  çalğı texnikasına bələd olmalı;
  • ➝ Yüksək ünsiyyət bacarıqları;
  • ➝ Təşəbbüskarlıq;
  • ➝ İdarəçilik bacarıqları;
  • ➝ Tənqidi düşünmə bacarığı;
  • ➝ Yaradıcılıq, kreativlik olmaq;
  • ➝ Dini və mədəni baxımdan tolerant olmaq;
  • ➝ Stressə davamlı.

İxtisasın gələcəyi

  Təəssüf ki, Azərbaycanda bu sahə o qədər də güclü inkişaf etmir. Şəxsi biznes olaraq nisbətən perspektivlidir.

Əmək haqqı

 Əmək haqqı 250-1000 AZN aralığnda  dəyişir. İfaçı kimi şəxsi biznes yaradaraq daha da çox qazanmaq olar.