İxtisasın qısa təsviri:
Bu ixtisas Amerikanin bədii ədəbiyyatını, onun inkişaf tarixini öyrənən elm sahəsidir. Bu dilin necə əmələ gəldiyini, hansı proseslərdən keçdiyini öyrənir. Digər ölkənin ədəbiyyatından dilindən nəyə görə fərqləndiyini, ədəbiyyatşünaslığın nəzəri əsaslarını, yaranma tarixini, metodologiyasını, ədəbiyyatın digər sahələrlə əlaqəsini daha dərindən öyrənir və "Elmi işçi", "Gələcəyin alimi"ni yetişdirirlər.
İxtisasın Gələcəyi
Bu sahəyə yiyələnən şəxslər gələcəkdə tərcüməçi, müəllim, filoloq kimi işləyə bilirlər. Müasir dövr məlumatların qloballaşması, yeni məzmunların sürətlə yayılması dövrüdür. Ədəbiyyatşünaslıq daim inkişafda olan bir sahədir və öyrənilməsi vacibdir. Ədəbiyyatşünaslığın öyrənilməsi ölkə ədəbiyyatına daha dərindən bələd olmaq, həmçinin digər ölkələrlə inteqrasiya və mədəniyyətlərarası əlaqə baxımından zəruridir. Bu sahə üzrə təhsilini başa vuran tələbələr ədəbiyyat və ədəbiyyatın müxtəlif sahələri üzrə elmi fəaliyyətlərini davam etdirə bilərlər.
Universitetlər:
Bakı Dövlət Universiteti (BDU)