Fizika - astrofizika

Fizika - astrofizika

Fizika - astrofizika

İxtisasın qısa tarixi:

Astrofizika yunanca "ulduz" və "təbiət" deməkdir. Astronomik obyektlərin yerləşməsini və hərəkətini yox, təbiətini öyrənən elm sahəsidir və astronomiyanın bir qoludur. Astrofizika, əslində müasir astronomiyanın ən böyük və sürətlə inkişaf edən bölmələrindən biri hesab edilir və kosmokimya ilə birgə ulduzların, kometlərin, dumanlıqların, planetlərin fiziki və kimyəvi tərkiblərini də öyrənir. Fotometrik və fotoqrafik araşdırmaları bəzən astrofotoqrafiya və astrofotometriya terminləri ilə də ifadə edirlər. Astrofizikanı bəzən nəzəri olaraq 2 hissəyə bölürlər: praktik astrofizika və nəzəri astrofizika.

 

İxtisasın gələcəyi:

On doqquzuncu əsrin çoxunda astronomik araşdırma, astronomik obyektlərin mövqelərini ölçmə və hərəkət hesablamada təkrarlanan işlərə yönəldilib. XX əsrin sonuna doğru, astronomik spektri işləri, radio dalğalarından optik, x şüaları və qamma dalğa boylarına uzanan dalğa uzunluqlarını əhatə edəcək şəkildə genişləndi. Hal-hazırda bu ixtisas yeni planetletlərin kəşf oluması və orada canlıların,əsasən də insanların yaşaması üçün yeni imkanlar yaradılmaslnda,peykdə bir çox araşdırmalar aparılmasında vacib rol oynayır.

 

Universitetlər:

  • Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)
  • Bakı Dövlət Universiteti (BDU)