Fizika- atom və nüvə fizikası

Fizika- atom və nüvə fizikası

Fizika- atom və nüvə fizikası

İxtisasın qısa təsviri:

Atom fizikası – atomların quruluş və xassələrini, elektron örtüyünün quruluşunu, və onun dəyişməsi zamanı baş verən fiziki və kimyəvi prosesləri öyrənən fizikanın əsas bölmələrindən biridir. Atom fizikasının başlıca vəzifəsi atomun enerji səviyyəsinin düzgün xarakterini, onların incə və ifrat (hədsiz dərəcədə) incə quruluşunu, xarici elektrik və maqnit sahələrində enerji səviyyələrinin parçalanması yaxud hər hansı dəyişməsini öyrənməkdən, hərəkət miqdarı momentinin ala biləcəyi qiymətləri və həyacanlanmış hallarda elektronların orta yaşama müddətini tapmaqdan ibarətdir.

 

Nüvə fizikası atom nüvələrinin quruluşunu,xassələrini,nüvələrdə gedən prosesləri,nüvə reaksiyalarını,nüvə qüvvələrinin mahiyyətini,nüvələrin və zərrəciklərin maddə ilə qarşılıqlı təsirini,yüklü zərrəciklərin sürətləndirilməsini,nüvə şüalanmalarının qeyd edilmə üsullarını öyrənir.

 

İxtisasın gələcəyi:

Atom və nüvə fizikası XIX əsrdə yaranmış, müasir dövrdə sürətlə inkişaf etməkdədir. Bu baxımdan da bu ixtisas gələcəkdə prestejli ixtisaslardan sayılacaq deyə bilərik.

 

Universitetlər:

Bakı Dövlət Universiteti (BDU)