İxtisasın qısa tarixi:
Elektronika - elm, texnika və istehsalatın elektron cihaz və qurğularının işlənməsi, hazırlanması və tətbiqi ilə məşğul olan sahəsidir. Plazma elektronikası elektronların və ionların axınlarının plazma və ionlaşmış qazla qarşılıqlı təsir proseslərini öyrənən elektronikanın bir hissəsidir. Bu qarşılıqlı təsir nəticəsində yaranan dövri prosesləri (dalğalar və titrəmələr) araşdırır. Plazma elektronika cihazların və elektron cihazların yaradılması üçün istifadə olunur.
İxtisasın gələcəyi:
Müasir fizikanı səciyyələndirən xüsusiyyət, özəllik ondan ibarətdir ki, maddi cismlərin hərəkəti haqqında klassik mexaniki təsəvvürlərlə yanaşı kvant mexanikası təsəvvürləri də inkişaf etdirilir və bu biliklər fizika elminin daha da möhkəmlənməsinə təkan verir.
Universitetlər:
Bakı Dövlət Universiteti (BDU)