İxtisasın qısa təsviri:
Radiasiya materialşünaslığının elmi istiqaməti ionlaşdırıcı şüaların maddələr, elektron cihazlar, nüvə materialları ilə qarşılıqlı təsirinin öyrənilməsi və radiasiya texnologiyaların bu tip sistemlər üçün işlənilməsi, onların praktik olaraq elm və texnikanın müxtəlif sahələrində tətbiqini araşdırmaqdan ibarətdir.
İxtisasın gələcəyi:
Son zamanlar texnologiyada baş verən sıçrayışlı dəyişiliklər ənənəvi mikroelektronika ilə müqayisədə, yüksək effektiv xassələrə malik nanoelektronikaya keçid zərurəti yaratmışdır. Bu məqsədlə ionlaşdırıcı şüaların nanoelektronikanın əsasını təşkil edən nanohissəciklərin elektrofiziki xassələrinə təsirinin öyrənilməsi əsas elmi istiqamətlərdən biridir. Məqsəd seçilmiş nanohissəciklərinin nüvə və kosmik texnologiyalarda tətbiqi zamanı istifadə olunan nanoelektronik sistemlərinin istismar müddətinin uzadılmasıdır.
Universitetlər:
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)