Geodeziya və xəritəçilik - Xəritəçilik

Geodeziya və xəritəçilik - Xəritəçilik

Geodeziya və xəritəçilik - Xəritəçilik

İxtisasın qısa təsviri:

Geodeziya Yer fiqurunun ölçülməsi və parametrlərinin xəritələşdirilməsi ilə məşğul olur. Bu sahə  yer elminin bütün sahələrində geniş istifadə olunur. Xəritəçəkmə və kadastr tədqiqatlarının bir çox sahələrinə də tətbiq olunur və bütün coğrafi-informasiya sistemlərinin əsasını təşkil edir. Bu sahəni oxuyan şəxslər mülki sanaye, hidrotexniki tikililər, yollarin və tünellərin mühəndis qurğularının layihələndirilməsi, yer üzərinə köçürülməsi kimi sahələrdə işləyə bilir.

 

İxtisasın gələcəyi:

Yuxarıda da göründüyü kimi bu sahəni bitirən şəxslər bir çox yerdə işləyə bilir. Mühüm layihələrin icrasında geodeziya mühəndislərinin fəaliyyətindən istifadə olunur. Dövlət əhəmiyyətli yolların, binaların, körpülərin, tunellərin, bəndlərin tikintisində geodeziya mütləq tətbiq olunur.

 

Bu sahəyə işcilərin işlədiyi yerlərə əlavə olaraq Əmlak Məsələləri üzrə Dövlət Komitəsində, o cümlədən bu komitənin nəzdində olan Rayon və Şəhər Torpaq Şöbələrində, İqtisadiyyat Nazirliyində, torpaqların istifadəyə və icarəyə verilməsinə aid müvafiq idarələrində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin torpaqların mühafizəsinə aid müvafiq müfəttişliklərində işləyə bilərlər.

 

Universtetlər:

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AZMİU)

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU)

Bakı Dövlət Universiteti (BDU)