İxtisasın qısa təsviri:
Neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və mənimsənilməsi məqsədilə qazılmış quyularda aparılan geofiziki tədqiqatlar kompleksi öyrədilir. Kompleksə müxtəlif növ karotajlar (elektrik, mexaniki, maqnit, radioaktiv, qaz və başqa karotaj növləri), quyunun texniki vəziyyətinə nəzarət edən müxtəlif üsullar (termometrik ölçmələr, quyu diametrinin və quyu əyriliyinin ölçülməsi və başqaları)daxildir. Neft-mədən geofizikasına həmçinin quyunun perforasiyası, yan süxurgötürənlə quyu divarlarından süxur nümunələrinin çıxarılması və torpedləmə də daxildir.
İxtisasın gələcəyi:
Yeni geofiziklər adətən müəyyən ölçü növlərini yerinə yetirərək texniki işçi kimi fəaliyyətə başlayırlar. Tədqiqat və kəşfiyyat təşkilatlarında, sənayə müəssisələrində və neft şirkətlərində geofiziklər tələb olunur. Burada baş geofizik və digər rəhbər vəzifələrə yüksələ bilərsiniz.
Universitetlər:
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti