Geomatika və geodeziya mühəndisliyi ixtisası

Geomatika və geodeziya mühəndisliyi ixtisası

Geomatika və geodeziya mühəndisliyi ixtisası

İxtisasın təsviri

   Geomatika — özündə geodeziya, kartoqrafiya, fotoqrammetriya, Coğrafi İnformasiya Sistemləri və Yerin distansion tədqiqi (Məsafədən Zondlama) elmlərini birləşdirən ümumiləşmiş termindir. Artıq müasir dövrdə peşə adı kimi – “geomatika mühəndisliyi” də istifadə edilir (əvvəllər “geodeziya-fotoqrammetriya mühəndisliyi” kimi işlənirdi). Geodeziya – yunan sözü olub, yerin bölünməsi deməkdir. Yerin bütövlükdə və yaxud onun ayrı-ayrı hissələrinin forma və ölçülərini, xəritə və planlarda yerin fiziki səthinin təsvirini almaq üçün eləcə də müxtəlif növ mühəndisi məsələlərin həllini təmin etmək üçün yer üzərində ölçmələrin yerinə yetirilmə metodlarını öyrənir.

İxisasın tarixi

   Geomatika termini əvvəlcə Avstraliyada istifadə olunur. Geomatika elmində dərəcə təklif edən Avstraliya universitetlərinə Curtin Universiteti, Tasmaniya Universiteti, Adelaide Universiteti, Melburn Universiteti və RMIT Universiteti daxildir.

Bu ixtisas sahibləri nə işlə məşğul olur ( iş öhdəlikləri)

  • ➝ Torpaq və hidroqrafik ölçmələr
  • ➝ Mühəndislik və mədən ölçmələri
  • ➝ Uzaqdan zondlama
  • ➝ Coğrafi İnformasiya Sistemləri
  • ➝ Ərazi idarəetməsi
  • ➝ Topoqrafik və Fotoqrammetrik planlama
  • ➝ Müşahidə (Ölçmələrə Nəzarət)
  • ➝ Dəniz Geodeziyası
  • ➝ Həcm Hesablamaları
  • ➝ Layihələrin yerə köçürülməsi
  • ➝ Mövcud Geodeziya şəbəkələrinin yoxlanılması və təhlili, qiymətləndirilməsi
  • ➝ Topoqrafiya xəritələrinin tərtibi
  • ➝ Nivelirləmə və Məsləhət
  • ➝ Məkan analizləri
  • ➝ Hidrologiya / Yeraltı Sular
  • ➝ Daşınmaz Əmlaklar / Şəhər Planlaşdırılması Analizləri
  • ➝ Ətraf Mühitin Məkan Analizləri
  • ➝ Ətraf Mühitin Modelləşdirilməsi

Bu ixisas üzrə lazım olan bilik və bacarıqlar

  • ➝ Forma və məkan arasındakı əlaqəni görə bilmək
  • ➝ Rəsm bacarığı
  • ➝ Komanda ilə işləmə bacarığı
  • ➝ Həm ofisdə, həm laboratoriyada, həm də açıq havada işləmə imkanı
  • ➝ Səbirli
  • ➝ Diqqətli müşahidə

Harada bu ixtisasa sahiplənmək olar?

  • ➝ Bakı Dövlət Universiteti
  • ➝ Azərbaycan Memarlıq və İnşaat Universiteti