Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisası

Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisası

Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisası

İxtisasın  təsviri 

  Həyat fəaliyyətinin təhlükəsizliyi elmi biliklərə əsaslanan sahə olaraq, insanların bütün fəaliyyət sahələrində təhlükəli və zərərli faktorlardan mühafizəsinin nəzəri və əməli qaydalarını əhatə edir, onların yaşayış mühitində təhlükəsizliyini və sağlamlığını qorumaq məqsədi güdür. Həyat fəaliyyətinin təhlükəsizliyinə daxildir:

  • ➝ Məişətdə təhlükəsizlik
  • ➝ İstehsalatda təhlükəsizlik
  • ➝ Sülh dövründə fövqəladə hadisələr zamanı təhlükəsizlik

  Təhükəsizlik texnikası – təhlükəli şəraitdə və ZM (zəhərli maddə) işləyənlərin təsirinin qarşısını alan təşkilatı tədbirlərdən ibarət bir sistemdir. Həyat fəaliyyətinin təhlükəsizliyi elə bir şərait və şərtlərdir ki, hansı işçilərin olduğu mühitdə neqativ təsirlər mümkün deyil.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  • ➝ Ölkədə mülki müdafiə işinin təşkili;
  • ➝ Ayrı-ayrı istehsalat sahələrində, iqtisadiyyat obyektlərində proseslərin təhlükəsiz görülməsi;
  • ➝ Baş verə biləcək fövqəladə halların qarşısının alınması;
  • ➝ Baş vermiş fövqəladə hallara çevik reaksiya verilməsi;
  • ➝ Bütün təsərrüfatlarda təhlükəsizliyin təmin ediməsi;

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Memarlıq və İnşaat Universitei
  • ➝ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • ➝ Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)
  • ➝ Azərbaycan Texniki Universiteti
  • ➝ Fövqəladə Hallar Nazirliyi  Akademiyası (hərbi)

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ FHN-nin qurumları: Mülki Müdafiə Qoşunlarının hərbi hissələri və şöbələri, Xüsusi Riskli Xilasetmə Xidməti, Böhran vəziyyətlərdə idarəetmə mərkəzləri (ən çox statistika və maarifləndirmə ilə məşğuldurlar);
  • ➝ Neft-qaz, tikinti və s. sahələrində: əməyin mühafizəsi mütəxəssisləri, SƏTƏMM (Sağlamlıq Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) mühəndisləri (təhlükəsizlik texnikasına cavabdeh şəxslər).

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) 

  • ➝ Əsasən, qanunvericiliyi yaxşı bilməlidir (xüsusən də texniki təhlükəsizlik və yanğından mühafizə sahəsində biliklər çox vacibdir);
  • ➝ İşlədiyi vəzifəsinə müvafiq olaraq, təlimatları tam dərk etməli və yüksək səviyyədə mənimsəməlidir;
  • ➝ Təlim və maarifləndirmə bacarıqları olmalıdır;
  • ➝ Əksər hallarda fiziki aktivlik və bu cəhətdən yaxşı hazırlanmış olmalıdır;
  • ➝ İlkin tibbi yardım bilikləri mütləq şərtlərdəndir.

İxtisasın gələcəyi

  Sahənin gələcəyi indiki vəziyyətinə görə perspektivli görünür. Bu sahə üzrə kadrlara tələb son illərdə artmağa başlamışdır.

Əmək haqqı

  Dövlət şirkətlərində orta hesabla əmək haqqı 500-600 AZN-dən başlayır və çox yüksək məbləğə çata bilər. Özəl şirkətlərdə də 600 AZN-dən başlayır. Xarici şirkətlərdə isə bu  məbləğ bir az daha yüksəkdir.