Hidrometeorologiya dedikdə 2 sahə nəzərdə tutulur : Hidrologiya (su ilə bağlı olan məlumatlar) və meterologiya (hava ilə bağlı olan məlumatlar). Hidrometeoroloji xidmət xalq təsərrüfatını müxtəlif növ meteoroloji, hidroloji və aqrometeoroloji məlumatlarla (hava, dəniz, çay, göl və bataqlıqların vəziyyəti, qısa və uzunmüddətli proqnoz) təmin edən sahədir. Bu mütəxəssislər su və atmosferdəki təbii hadisələrin dəqiq proqnozu vermək üçün lazımdır. Proqnozlar gəmiçilik və aviasiya sahələrində ən çox istifadə olunur, burada fövqəladə halların qarşısını alır, habelə kənd təsərrüfatında müxtəlif işləri (çeşid seçimi, məhsul yığımı və s.) planlaşdırmağa imkan verən yerlərdə istifadə olunur. Peşə kimya və coğrafiya ilə maraqlananlar üçün uyğundur.
İnsanların havanı proqnozlaşdırmaq cəhdləri qədim zamanlardan bəri məlumdur. Proqnozlarında ətrafdakı dəyişikliklərə diqqət ayırdılar. Qədim xalq əlamətlərinin bir çoxu bu günə qədər yaşayır. Hava müəyyənləşdirmə üsulları haqqında ən dəqiq məlumat qədim Yunanıstanda ortaya çıxdı. Artıq Aristotelin eramızdan əvvəl IV əsrdə yazdığı “Meteorologiya” əsərində küləyin, buludların, yağışın və dolunun necə əmələ gəldiyinə dair bir izahat verilir. Yunanların sayəsində yaranan meteorologiya – Yer atmosferi və orada baş verən hadisələr haqqında məlumat – hava proqnozlarını tərtib etmək üçün bütöv bir sistemin inkişafına kömək etdi.
Hidrometeorologiya ixtisasını bitirən məzunlar metroloji stansiyalarda həmçinin kənd təsərüfatı, nəqliyyat, turizm və s. sahələrdə işləyə bilərlər. Təbii ki, mütəxəssis kimi formalaşan kadrların imkanları çoxdur. Meteo üzrə mütəxəssislər xarici şirkətlərdə böyük tələbat var. Hazırda kənd təsərrüfatı ilə bağlı böyük layihələr keçirilir, bu qəbildən olan layihələrin gələcək üçün artacağı və daha təkmil olacağı qaçılmazdır həmçinin burda hidrometerologiya üzrə mütəxəsislərə ehtiyac olacaqdır. Bundan başqa, NATO, WMO, ICAO və bir çox özəl meteo şirkətdə işləmək imkanları yaradılıb və artmaqdadır. Sadaladıqlarımızdan göründüyü kimi çox prespektivli sahədir. Hal hazırda böyük iqtisadi gəlir gətirir (dünyada və Azərbaycanda).
Bu sahədə aylıq əmək haqqı 500 – 2000 AZN aralığındadır. Həmçinin, dil biliyi və hirdometerologiya ilə bağlı olan proqramları bilmək bilavasitə maaş artımına təsir edir.