İqtisadiyyat ixtisası iqtisadiyyatın bütün sahələrini əhatə edən geniş spektrli, peşəkar mütəxəssis yetişdirir. Məzunlar sosial – iqtisadi hadisələrin sistemli təhlil edilməsini, tənzimlənməsinin forma, metod və vəsaitlərini dərindən mənimsəməklə bütünlükdə milli iqtisadiyyat, o cümlədən sənaye, kənd təsərrüfatı, tikinti və digər sahələrdə istehsal amillərindən səmərəli istifadə üçün konkret nəticə çıxarmağı, mikro, mezo və makro səviyyədə əsaslandırılmış optimal qərarlar qəbul etməyi, habelə sosial – iqtisadi prosesləri proqnozlaşdırmağı bacarır. Onlar dövlət strukturlarının müvafiq bölmələrində, ictimai əhəmiyyətli qurum və şirkətlərdə, xarici investisiyalı müəssisələrdə, kiçik, orta və iri təsərrüfatçılıq subyektlərində, xarici iqtisadi fəaliyyətlə məşğul olan şirkətlərdə və diger biznes strukturlarında fəaliyyət göstərə bilirlər.
Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)
➝ Araşdırma mövzularının hazırlanması;
➝ İnformasiyaların toplanması, analiz edilməsi;
➝ İqtisadi proqnozların verilməsi;
➝ Müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrdə mühasibat uçotu və vergi uçotunun aparılması;
➝ Müəssisədə maliyyə axınlarının optimal sxemlərini formalaşdırmaq, vəsaitlərin hərəkəti və konsentrasiyası, borclulardan vəsaitlərin alınması və şirkətin kreditorlar qarşısında öhdəliklərinin yerinə yetirilməsinə daxili nəzarət təmin etmək;
➝ Müəssisənin gəlir və xərclərini planlaşdırın;
➝ Qiymətləndirmələr aparılması və onların icrasına nəzarət edin;;
➝ Bank qurumları, investorlar, maliyyə məsləhətçiləri ilə əməkdaşlıqda müəssisənin maraqlarını təmsil etmək
➝ Müəssisənin qiymət siyasətini formalaşdırmaq;
➝ Müqavilə bağlamaq üçün materialları icra etmək, müqavilə öhdəliklərinin yerinə yetirilmə müddətinə uyğunluğunu yoxlamaq;
➝ Vergi orqanlarına mühasibat (vergi daxil olmaqla) hesabatları hazırlamaq;
➝ Vergi və rüsumların müxtəlif səviyyəli büdcələrə vaxtında və düzgün hesablanmasına və köçürülməsinə nəzarət etmək;
➝ 1C: Mühasibat proqramı əsasında mühasibat uçotu və vergi uçotunu aparmaq;
➝ Müəssisənin və onun bölmələrinin təsərrüfat fəaliyyətinin iqtisadi təhlili aparmaq;
➝ Riskləri və müəssisənin fəaliyyətini müəyyənləşdirmək;
➝ Müəssisənin maliyyə planını tərtib edin (müəssisənin maliyyə mənbələri ilə təmin olunmasını qiymətləndirmək, onun yaxşılaşdırılması üçün təkliflər hazırlamaq);
➝ Xüsusi layihələr üçün iş planları hazırlayın;
➝ İnvestisiya layihələrini qiymətləndirin;
➝ Statistik tədqiqatlar, anketlər, anketlər və nəticələrinin ilkin işlənməsi;
➝ Rusiya Federasiyasında vergi, sığorta və daha çox işi tənzimləyən qanunverici və normativ sənədlərlə işləmək, yenilikləri izləmək;
➝ Beynəlxalq xarici dillərdən birində səlis danışmaq.
Harada bu ixtisasa sahiblənmək olar?
➝ ADA Universiteti
➝ Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
➝ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
➝ Azərbaycan Dövlət İqtisad Universiteti
➝ Azərbaycan Kooperasiya Universiteti
➝ Azərbaycan Texniki Universiteti
➝ Azərbaycan Memarlıq və İnşaat Universiteti
➝ Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
➝ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası
➝ "Azərbaycan" Universiteti
➝ Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)
➝ Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri)
➝ Bakı Biznes Universiteti
➝ Bakı Dövlət Universiteti
➝ Bakı Avrasiya Universiteti
➝ Bakı Mühəndislik Universiteti
➝ Xəzər Universiteti
➝ Gəncə Dövlət Universiteti
➝ Qərbi Kaspi Universiteti
➝ Lənkəran Dövlət Universiteti
➝ Mingəçevir Dövlət Universiteti
➝ Milli Aviasiya Akademiyası
➝ Naxçıvan Dövlət Universiteti
➝ “Naxçıvan” Universiteti
➝ Sumqayıt Dövlət Universiteti
→ Odlar Yurdu Universiteti
Bu ixtisas üzrə harada çalışmaq olar?
➝ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
➝ İqtisadiyyat Nazirliyi
➝ Maliyyə Nazirliyi
➝ İqtisadi İnkişaf Nazirliyi
➝ İqtisadi və Sosial İnkişaf Mərkəzi
➝ Kənd Təsərrüfatı Nazirliyi
➝ Azərbaycan Dövlət Neft Fondu
➝ Azərbaycan Dövlət Vergilər Nazirliyi
➝ Özəl şirkətlərin iqtisadi araşdırma yönlü şöbələrində (Araşdırma və İnkişaf, Biznesin İnkişafı departamentləri və s.)
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
➝ Güclü riyazi biliklər;
➝ Analitik düşüncə;
➝ EViews, Stata, SPSS kimi iqtisadi analiz üçün istifadə olunan proqramlar;
➝ Dərin İqtisadi biliklər;
➝ İşlədiyi şirkətin daxil olduğu sektoru, bazar barədə biliklər;
➝ Yüksək intellektual işləmə qabiliyyəti;
➝ Güclü yaddaş;
➝ Yüksək konsentrasiya;
➝ Böyük həcmdə məlumatla işləmə bacarığı;
➝ Mövqeyini düzgün təqdim etmək və sübut etmək bacarığı (şifahi və yazılı);
➝ Məsuliyyət;
➝ Təşkilatçılıq;
➝ Aktiv həyat mövqeyi;
➝ Tədqiqat fəaliyyətinə meyl.
İxtisasın gələcəyi
Bu sahənin ən önəmli müsbət cəhətlərindən biri də mühasibat, audit və s. ixtisaslardan fərqli olaraq yox olmağa doğru irəliləməməsidir. Lakin bəzi yeni yaranan branşlar, məsələn, dayanıqlı iqtisadi inkişafın təşkili, davranış iqtisadiyyatı, iqtisadi analitika proqramlaşdırılması, data analitikası və emalı kimi sahələr digərlərindən daha çox rəğbət görür və daha prespektivli təəssürat bağışlayır.
Əmək haqqı
Bu sahə üzrə Azərbaycan universitetlərinin birində tədrislə məşğul olan və elmi işlə məşğul olan iqtisadçının ortalama aylıq maaşı təqribən 300 – 1100 AZN təşkil edir. Azərbaycanda yerli özəl şirkətlərdə orta aylıq əmək haqqı 1500 AZN, ölkəmizdəki beynəlxalq şirkətlərdə isə 2000 AZN – dir.
Bu əməliyyatı etmək üçün hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.