Jurnalistika (fransız jurnalından – gündəlik, qəzet) kütləvi rabitə kanalları (mətbuat, radio, televiziya, kino və s.) vasitəsi ilə müvafiq məlumatların toplanması, işlənməsi və vaxtaşırı yayılması üçün ictimai fəaliyyət növüdür. Jurnalistika söz və faktlardan düzgün istifadə edərək obyektiv, dəqiq və qərəzsiz informasiya çatdırılmasını yerinə yetirən peşədir. Jurnalistika siyasi, bədii, idman, əyləncə, elm və texnologiya, sağlamlıq və fitness, biznes və maliyyə, fotojurnalizm, multi-media və s. xüsusiyyətləri özündə əhatə edən geniş bir sahədir. İxtisas sahibləri jurnalist adlanır. Ölkəmizdə jurnalistikanın qəzet, televiziya, radio-jurnalistika, internet-jurnalistika, foto-jurnalistika kimi növləri vardır. Gələcək jurnalistlər başa düşməlidirlər ki, bu peşə təkcə yaradıcılıq deyil, həm də yazılan və deyilən hər söz üçün böyük məsuliyyətdir. Hər bir peşəkar jurnalist tamaşaçıya obyektiv məlumat çatdırmağı bacarmalıdır. Hesab olunur ki, jurnalist fəaliyyətinin əsas funksiyası dövlətlə cəmiyyət arasında informasiya kanalının yaradılması, eyni zamanda ictimai rəyin formalaşdırılmasıdır. Peşə dil və ədəbiyyat və ictimai araşdırmalar ilə maraqlananlar üçün uyğundur.
İxtisasın tarixi
Jurnalistika informasiya mübadiləsi olduğu üçün bu peşənin tarixini daha qədim zamanlara, insanların bir-birinə informasiya ötürdükləri ilk zamanlara aid etmək olar. Ancaq onun həm də yazılı tərəfini nəzərə alsaq, 1543 – cü ildə alman alimi İohan Quttenberq tərəfindən çap maşının istehsal edilməsi və əlyazmaların daha sürətli yayılmağa başlamasından daha sonra yaranmış informatik məlumatları jurnalistikanın ilk əyani sübutları kimi təqdim edə bilərik. Dünyada ilk qəzet isə 1605 – ci ildə Almaniyada, “Relatio Aller Führneman” adı ilə nəşr edilib.
Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)
Harada işləməsindən asılı olmayaraq:
➝ Məlumatla işləmək (faktları tapmaq, öyrənmək, seçmək, təhlil etmək, müqayisə etmək və qiymətləndirmək);
➝ KİV üçün material hazırlamalı;
➝ Canlı, online, telefon və s. vasitəsilə müsahibə götürməli;
➝ Hər hansı bir mövzularda tədbirlərdə iştirak etmək;
➝ Hər hası mövzuda məqalə, xəbər, press-reliz yazmaq.
➝ Hər hansı aktual mövzuda araşdırma aparmalı;
➝ İnformasiyanı bütün təbəqənin anlayacağı dildə yazmalı;
➝ Xəbər yayımı aparmalı;
➝ Jurnalist çıxışlarının effektivliyini artırmaq, xalqa vaxtında məlumat vermək, faktların etibarlı şəkildə təqdim edilməsi;
➝ Reportaj hazırlamalı;
➝ Foto çəkmək və sosial media platformaları üçün video hazırlamalı;
➝ Söz azadlığı prinsiplərini və demokratik cəmiyyətin əsaslarını dəstəkləmək
➝ Sosial və kommersiya sifarişləri, habelə fərdi yaradıcı təşəbbüslər üzrə işlərin icrası;
➝ Sərbəst və ya hansısa media orqanın redaksiyasında;
➝ Şirkət və ya dövlət strukturlarının media bölmələrində;
➝ Jurnalist, naşir, radio və televiziya aparıcısı, müxbir, fotojurnalist, analitik, PR mütəxəssis;
➝ İnformasiya agentliklərində;
➝ İctimaiyyətlə əlaqə şöbəsində;
➝ Reklam sahəsində;
➝ Veb saytlarda.
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
➝ İxtisas üzrə biliklər;
➝ Analiz bacarığı ;
➝ Araşdırma bacarığı;
➝ Bir informasiyanı bir deyil, fərqli-fərqli mənbələrdə axtararaq, müqayisə etmək bacarığı;
➝ Jurnalist həm də psixoloq olmalıdır ki, məlumatı “qopara bilsin”. Yəni qarşısındakı şəxsi danışdıra bilməli;
➝ Azərbaycan dilinin ədəbi dilinin normalarını mükəmməl bilməli;
➝ Söz bazası və dünyagörüşü geniş olmalı;
➝ Obyektivlik;
➝ Fikri düzgün ifadə etmə bacarığı;
➝ Redaktə etməyi bacarmaq;
➝ Aktual mövzu seçmə bacarığı;
➝ Müsahibə bacarıqlarına malik olmalı;
➝ Böyük məlumat toplusunun içərisində əsas hissələri vurğulamaq bacarığı;
➝ Faktların izahını tapmaq bacarığı;
➝ Suallar vermək və problemin dərinliyinə enmə bacarığı;
➝ Peşə etikası, nəzakətlilik;
➝ İş üçün lazım olan peşəkar alət və avadanlıqları idarə etmək (səs yazıcısı, kamera və s.);
➝ Tez və vaxtında iş görmək bacarığı;
➝ Yüksək müşahidə bacarığı;
➝ Təşəbbüskarlıq;
➝ Ünsiyyət və komanda ilə işləməyi bacarmaq;
➝ Stressə dözümlülük.
İxtisasın gələcəyi
XX əsrdə, uzun bir inkişaf dövründən sonra jurnalistika internetin yaranması və rəqəmsal platformaların sürətlə yayılması ilə əlaqədar olaraq, onlayn jurnalistikada intensiv artım müşahidə olunur.
Əmək haqqı
Bu sahə üzrə ölkəmizdə minimum əmək haqqı 250 AZN, maksimum əmək haqqı isə 1000 – 1200 AZN aralığında dəyişir. Ümumən isə orta aylıq əmək haqqı 300-400 AZN civarında dəyişir.
Bu əməliyyatı etmək üçün hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.