Kimya ixtisası

Kimya ixtisası

Kimya ixtisası

İxtisasın təsviri 

  Fundamental və dəqiq tədqiqatların aparıldığı, material və reaksiyaları analiz edən  sahədir. Yeni reaksiya və yeni materialları mütaliə edir, onlar haqqında məlumatlar araşdırır. Digər sahələrə yol göstərir. Maddələr və materiallar üzərində çalışdığı üçün onların xassələrini öyrənir, reaksiyaların gedişatını öyrənən sahədir. Tədqiqat elmidir. Yeni maddələrin alınmasını və aşkar olunmuş digər maddələrin fiziki və kimyəvi keyfiyyətlərini araşdıran bir sahədir. Kimyaçılar tərfindən alınmış maddələr sayəsində kimya mühəndisləri yeni məhsulların alınmasında və istehsalatda istifadə edirlər. Qədim tarixə malik olan kimya kifayət qədər geniş sahəli ixtisas olmaqla yanaşı, bir o qədər də maraqlı sahədir. Burada tələbələr həm kimyanın nəzəri biliklərinə yiyələnir, həm də aparılan təcrübələrlə yaxından tanış olaraq müşahidə vasitəsilə öyrəndiklərini daha da möhkəmləndirirlər. Hal – hazırda kimya sənayəsi məhsulları ilə həyatımızın hər sahəsində qarşılaşırıq. Baxmayaraq ki, bu sahənin tullantıları ətraf mühitə zərər verir, bununla yanaşı kimyaçılar verilən bu zərəri minimuma endirmək üçün ”yaşıl kimya” adlandırılan yeni sahənin inkişafına böyük töhvələr verirlər.

İxtisasın tarixi

  Kimya fakültəsi 1919 – cu ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin nəzdində fəaliyyət göstərən “Ümumi və qeyri-üzvi” kimya kafedrasının bazası əsasında yaradılmışdır.Kimya fakültəsi 1934 – cü ildən müstəqil fakültə kimi fəaliyyət göstərir.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  • ➝ Laboratoriyalarda yeni kimyəvi analiz və araşdırmaların aparılması üzrə çalışırlar;
  • ➝ Zavodlarda, fabriklərdə, istehsalatda proseslerin düzgün şəkildə aparılmasının həyata keçirilməsi;
  • ➝ Müxtəlif tədqiqat metodlarından istifadə edərək maddə tərkibinin öyrənilməsi və analizi;
  • ➝ Üzvi və qeyri-üzvi maddələrin sintezi, polimer birləşmələrin alınması və tədqiqat sahələrinin öyrənilməsi;
  • ➝ Neft və neft məhsullarının tərkib və xassələrinin müəyyənləşdirilməsi;
  • ➝ Laboratoriya şəraitində cihazlarla steril və təhlükəsizlik qaydalarına əməl edilərək işlənməsi;
  • ➝ Elmi laboratoriyalarda araşdırmalar üzərində işləyə, klinikalarda, tibbi laboratoriyalarda laborant kimi çalışa bilərlər;
  • ➝ Analitik kimya sahəsi üzrə ixtisaslaşmış şəxslər maddə tərkibinin tədqiq olunması- analiz metodları üzərində işləyirlər;
  • ➝ Kimya ixtisası üzrə təhsil almış şəxslər daha sonra ixtisas artımı edərək universitet,abituriyent hazırlığı kursları və məktəb (magistr təhsili aldığı zaman)  kimi təhsil ocaqlarında da öz ixtisasları üzrə çalışa bilərlər.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Bakı Dövlət Universiteti
  • ➝ Naxçıvan Dövlət Universiteti
  • ➝ Gəncə Dövlət Universiteti
  • ➝ Sumqayıt Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Laboratoriya mühitinin olduğu əksər sahələrində
  • ➝ Qida
  • ➝ Kənd təsərrüfatı
  • ➝ Polimer və neft sənayesi
  • ➝ Yüngül sənaye,tikinti materialları sənayesi
  • ➝ Elmi tədqiqat institututları
  • ➝ Tibb sahəsi 
  • ➝ SOCAR
  • ➝ STP
  • ➝ Azərsu
  • ➝ Azərtexnolayn
  • ➝ Metak
  • ➝ SKSP
  • ➝ Azərkimya 
  • ➝ Məktəb, universitetlərdə çalışa və öz bizneslərini qura bilərlər.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ Laboratoriyada sərbəst işləyə bilmək;
  • ➝ Nəticələri analiz edə bilmə, prosesi düzgün müşahidə etmə;
  • ➝ Soyuqanlılıq, hesablama, səriştəlilik qabiliyyəti;
  • ➝ Proseslər maddələr üzərində aparıldığı üçün bu sahədə çalışan kimyaçılar səbrli olmalıdırlar. Aparılan araşdırmaların nəticəsini almaq üçün dəfələrlə eyni təcrübənin təkrarlanması bu ixtisas sahiblərinin səbrli olmasını tələb edir;
  • ➝ Nəticə və yeniliklər əldə etmək üçün yüksək zəka sahibi olmalı,proseslərin ardıcıllığını planlamağı bacarmalıdır;
  • ➝ Axtarış etmək qabiliyyəti nəticələr əldə etmək üçün yetərli səviyyədə olmalıdır;
  • ➝ Kimya ilə bağlı olan başqa sahələr haqqında kifayət qədər məlumatlı olmalıdır (fizika, riyaziyyat elmlərini bilməlidir).

İxtisasın gələcəyi

   Elm inkişaf etdikcə kimyanın da inkişafı qaçınılmazdır. Gələcəyin elmi kimi rol oynayan kimya artan tələbat səbəbiylə daim həyatımızda və sənayemizdə mövcud olacaqdır. Nanokimya kimi yeni sahələr çox kiçik ölçülü maddələrin quruluşunu manipulyasiya edərək texnologiyaya yeni istiqamət verir. Kimya sənayəsinin inkişafı nəticəsində hətta bədənin müxtəlif hissələrinin yaradılması və tibbdə istifadəsi geniş vüsət alacaqdır. İstər laboratoriyalar sahəsində, istərsə də təhsil sahəsində inkişafı , yeniliyi, vacibliyi və aktuallığı qorunan bir ixtisasdır.

Əmək haqqı

  Kimya ixtisası üzrə ən öndə gedən və yüksək məvacibli sahə zavodlarda, fabriklərdə çalışan tədqiqatçıların payına düşür. Çalışdığı  şirkət və müəssisədən asılı olaraq isə əməkhaqqı 350 – 2000 AZN arasında dəyişir.