Kimya mühəndisliyi - Neft - kimya proseslərinin kibernetikası

Kimya mühəndisliyi - Neft - kimya proseslərinin kibernetikası

Kimya mühəndisliyi - Neft - kimya proseslərinin kibernetikası

İxtisasın təsviri:

   Kibernetika- yunan sözü olub, hərfi mənası “idarə etmək bacarığı” deməkdir və əks əlaqəyə malik olan sistemlərin idarə olunması haqqında elmdir. Riyaziyyat, texnika və neyrofiziologiyanın qovşağında yaranmış kibernetikanı əks əlaqə mexanizminə malik canlı və cansız sistemlər sinfi maraqlandırır. Bu elmin orijinallığı bundadır ki, o, sistemin maddi tərkibini və strukturunu deyil, baxılan sistemlər sinfinin işinin nəticəsini öyrənir. Kibernetikada mürəkkəb sistemlərin xarici təsirlərə cavab reaksiyaları, onların həyata keçirdikləri funksiyalar öyrənilir.Hal - hazırda digər sahələrlə yanaşı kimyəvi-texnoloji proseslərin öyrənilməsində də kibernetika öz töhfəsini vermişdir. Kibernetika məvhumu özündə aşağıdakı anlayışları birləşdirir: sistem, proses, məlumat, məlumatın saxlanılması və emalı, sistemlərin idarə olunması və s. Qeyd etmək lazımdır ki, kibernetikanın əsas üsulu öyrənilən sistemlərin riyazi modelləşdirilməsidir, əsas vəsaiti isə komputerlərdir. Neft-Kimya Proseslərinin Kibernetikası ixtisası  laboratoriya şəraitində hazırlanmış proseslərin sənaye müəssisələrində tətbiqini, texnoloji proseslərin (sistemlərin) əlverişli rejiminin tapılması, proseslərin tətqiqində alınan nəticələrin düzgün qiymətləndirilib sənayedə tətbiqinin sürətləndirilməsi, aparatın məhsuldarlığının artırılması üçün onun səmərəli kostruksiyasının yaradılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması biliklərinə sahib olmağımıza xidmət edir. Kursda həmçinin proses  və aparatların aparıldığı laboratoriya şəraitindən sənaye miqyasına keçidin qanunauyğunluqları öyrənilir.Bir maştabdan digərinə keçidin qanunauyğunluqlarını bilmək bir sistemdən alınmış göstəricilərin (modeldəki göstəricilər) digər sistemə tətbiqi ( natural ölçülü obyekt), yəni modelləşdirmə əksər müəssisələrin proseslərin optimal layihələndirilməsinə kömək etmiş olur. 

İxtisasın gələcəyi:

  Hazırda ölkəmizdə neft-qaz sektorunda kəşfiyyat, hasilat və emal ilə bağlı iş və sınaq xidmətləri, layihə, mühəndislik, texniki, satınalma, tikintiyə nəzarət və layihə idarəetməsi, müqavilələrə nəzarət, yoxlama xidmətləri, təlim, yerli personalın bilik və ekspertizasının inkişafı, layihələrin icra qrafiklərinə nəzarət və s. işləri “SOCAR-KBR” MMC (SOCAR və KELLOGG BROWN & ROOT SERVICES B.V-nin birgə müəssisəsi) həyata keçirir.Buna görə də hazırda və gələcəkdə bu sahədə mütəxəssisləşmiş şəxslərə ehtiyac olacaqdır. 

Universitet:

→ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti