İxtisasın təsviri:
Neft - kimya sintezi neft və ya kömür və qaz kimi təbii yanacaqlardan alınan karbohidrogen və biokütlələrin kimyəvi məhsula çevrilməsi ilə məşğul olan bir sahədir. Bu sahə təbii ehtiyatlardan sənaye və tibbi əhəmiyyətli bir çox məhsulların əldə edilməsi ilə məşğul olur. Yaranan kimyəvi məhsullar tekstil, kauçuk, plastik, liflər, gübrələr, boyalar, tikinti materialları, tibbi ləvazimatlar kimi minlərlə sintetik məhsulların istehsal edilməsi üçün istifadə olunur. Hazırki dövrüdə daha səmərəli xammal olan neft və bir sıra karbohidrogenlər demək olar ki, bütün üzvi sintez proseslərində digər xammal növlərini əvəz edirlər.
İxtisasın gələcəyi:
İnkişaf etmiş ölkələrdə neft – kimya sənayesi böyük və sürətlə inkişafda olan bir sahədir. Nəzərə alsaq ki, Azərbaycan da inkişaf etməkdə olan, üstəlik neft bazarında aparıcı yer tutan ölkələr sırasındadır. Neft – kimya sintezinin texnologiyası ixtisasının gələcəyinin hazırda və gələcək dövrlərdə parlaq olacağını demək olar. Bu inkişafda olan sahə üçün də inkişafa meyilli və peşəkar, savadlı, ixtisaslaşmış kadrlara ehtiyac var.
Universitet:
→Azərbaycan Dövlət Neft və Sənaye Universiteti