İxtisasın təsviri:
Qeyri-üzvi maddələrin texnologiyası qeyri - üzvi maddələrin istehsal proseslərini öyrənən bir sahədir. Kimyəvi texnologiyanın bu bölməsi mineral turşuların (sulfat və nitrat turşuların istehsalı), ammonyakın, duzların, gübrələrin, qələvilərin, silikat materiallarının (yapışdırıcı materialların, şüşənin), nadir və qara metalların, mineral boyaların istehsal vasitələrini əhatə edir.
İxtisasın gələcəyi:
Bu sahə üzrə təhsil alan şəxslər gələcəkdə əsasən gübrə və boya istehsalı zavodlarında öz karyerasını qura bilərlər. Sahə özlüyündə lazımlı sahə olsa belə, perspektivliyi yüksək deyildir.
Universitet:
→Azərbaycan Dövlət Neft və Sənaye Universiteti