Kimya və biologiya müəlllimliyi ixtisası

Kimya və biologiya müəlllimliyi ixtisası

Kimya və biologiya müəlllimliyi ixtisası

İxtisasın təsviri 

      Kimya müəllimliyi

    Kimya müəllimliyi şagird və abituriyentlərə müəyyən kimyəvi bilik və bacarıqları çatdırmaq, gündəlik həyatımızda kimyəvi maddələr ilə istifadə qaydasını öyrətmək, sənayenin bir çox sahələrində (zavod və fabriklərdə) həm istifadə olunan, həm də alınan kimyəvi maddələr haqqında məlumat verən müəllimlik peşəsinin bir sahəsidir. Kimya müəllimi ixtisası bu gün xüsusilə nüfuzlu və aktualdır. Bu həm yeni bilik sahələrinin inkişafı (ekologiya, molekulyar kimya və s.), həm də bu elmin həllinə kömək edən sosial vəzifələrin vacibliyi ilə əlaqədardır. Kimyanın iilkin təməllərini bilmək hər birimiz üçün zəruridir, bu biliklər insanın ümumi mədəniyyətinin göstəricilərindən biridir. Kimya müəllimi ixtisasını seçmiş bir insanın kimyəvi istehsalın və hətta bəzi reaksiyaların həmişə zərərsiz olmadığını bilmələri lazımdır, buna görə kimya müəllimi peşəsi, allergik xəstəliklərdən əziyyət çəkən zəif ağciyərləri olan insanlar üçün tövsiyə deyil. Bu sahə kimya elminə maraq göstərənlər üçün uyğun sahədir.

    Biologiya müəllimliyi  

    Biologiya müəllimliyi – Biologiya fənninin tədrisi deməkdir. Əvvəlki dövrlərdə Biologiyanın sırf canlıların tədrisi ilə bağlı olduğu deyilsə də, virusların kəşfi ilə və bəzi orqanizmlərin canlı və ya cansız olduğunu hələ də müəyyən etmək mümkün olmadığından hal-hazırda Biologiya canlı və cansız hesab olunan orqanizmləri öyrənir. Xarici ölkələrdə əsasən sırf “Biology” deyil, “Science” adlı fənn tədris olunur ki, bu da “Biology” və “Chemistry” bəzən də digər təbiət elmlərini əhatə edə bilir. Biologiya fənni orta məktəblərdə VI sinifdən başlayaraq XI sinifin sonuna qədər tədris olunur. Hazırki dövrdə yalnız VIII sinifdə sırf insan orqanizmi öyrədilir. Qalan siniflərdə isə bitki, heyvan, insan, mikroorqanizmlər bir-birilə əlaqəli formada tədris olunur. Bu sahə biologiya elminə maraq göstərənlər üçün uyğun sahədir.  

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  • ➝ Şagirdlərin təhsil və təlim yollarını müəyyənləşdirmək üçün psixoloji və pedaqoji diaqnostika aparmaq;
  • ➝ Tədris planına və öz dərs cədvəlinə uyğun olaraq tədris yükünə görə təyin olunan siniflərdə (qruplarda) biologiya fənni üzrə təməl və seçmə dərsləri həyata keçirmək;
  • ➝ Müasir texnologiyalardan istifadə edərək fərdin yaş inkişaf xüsusiyyətlərini nəzərə alaraq Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə hörmət hissi yaratmaq;
  • ➝ Əmək funksiyasını vicdanla yerinə yetirmək;
  • ➝ Əmək intizamına və etik davranış qaydalarına əməl etmək;
  • ➝ Əmək qanunvericiliyinin tələblərini yerinə yetirmək;
  • ➝ Dövlətin təhsil siyasətini yerinə yetirmək;
  • ➝ Təhsil və tərbiyə alanların tədris və tərbiyə işini dövlət standartları səviyyəsində mənimsəməsi üçün zəruri şərait yaratmaq;
  • ➝ Pedaqoji etikaya, əxlaqa riayət etmək, bilik və bacarığını şagirdlərdən və müəllim yoldaşlarından əsirgəməmək, tədrisin təşkilində yenilikləri yaradıcılıqla tətbiq etmək;
  • ➝ Müəllim-şagird münasibətində mənəvi dəyərlərə hörmət etmək, tədris intizamına ciddi riayət etmək, KSQ və BSQ-lər zamanı,dərs məşgələləri zamanı obyektivliyə xələl gətirməmək;
  • ➝ Metodiki və pedaqoji araşdırmalar aparmaq, tədris-metodik vəsaitlər hazırlamaq, qoyulmuş əmək normalarını yerinə yetirmək;
  • ➝ Əməyin mühafizəsi və əmək təhlükəsizliyinin təmin edilməsi üzrə tələblərə riayət etmək;
  • ➝ Məktəbin əmlakına vicdanlı münasibət bəsləmək;
  • ➝ İnsanların həyat və sağlamlığına və məktəbin əmlakının qorunmasına təhlükə yaradan hallar haqqında bilavasitə rəhbərliyə məlumat vermək;
  • ➝ Digər işçilərin vəzifə öhdəliklərini yerinə yetirməsinə mane olmamaq;
  • ➝ Özünü ləyaqətli aparmaq;
  • ➝ Müntəzəm olaraq ixtisasının artırılması üzərində çalışmaq;
  • ➝ Hər hansı bir səbəb üzündən işə çıxmaq mümkün olmadıqda isə dərhal bilavasitə Rəhbərliyə ( tədris işləri üzrə direktor müavininə,direktora) məlumat verməyə borcludur;
  • ➝ Kimya sahəsinin bir çox istiqamətləri ilə tanış olub, konkret bir istiqamət üzrə isə dərindən bilik və bacarıqlara malik olmalıdır (məs. Analitik Kimya, Kolloid Kimya, Fiziki Kimya və s.);
  • ➝ Məktəbdə Biologiya güşəsinin təşkil edilməsi;
  • ➝ Şagirdlərin xüsusilə ekoloji, estetik, cinsi, mənəvi tərbiyə olunması;
  • ➝ Şagirdlərin laboratoriyada işləmək qabiliyyətinə malik olmasını təmin etməli.  

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • ➝ Bakı Dövlət Universiteti
  • ➝ Gəncə Dövlət Universiteti
  • ➝ Sumqayıt Dövlət Universiteti
  • ➝ Lənkəran Dövlət Universiteti
  • ➝ Xəzər Universiteti.

Bu ixtisas üzrə harada çalışmaq olar?

Kimya müəllimliyi bakalavr təhsili üzrə:

  • ➝ Ümumtəhsil məktəblərində
  • ➝ Abituriyent hazırlığı mərkəzlərində 
  • ➝ Müəyyən şirkətlərdə laborant vəzifəsində

Magistr və doktorantura təhsili üzrə:

  • ➝ Ümumtəhsil məktəblərində
  • ➝ Abituriyent hazırlığı kurslarında
  • ➝ Universitetlərdə (yalnız dokturantura)
  • ➝ Müxtəlif müəssisələrdə (qida sənayesi, neft sənayesi, hərbi sənayedə)

 Biologiya müəllimliyi 

  • ➝ Ümumtəhsil məktəblərdə
  • ➝ Peşə-ixtisas təhsili müəssisələrdə
  • ➝ Abituriyent kurslarında
  • ➝ Təhsil Nazirliyində

Bu ixtisas üzrə lazım olan bilik və  bacarıqlar (kompetensiyalar) 

Kimya müəllimliyi üzrə:

  • ➝ Laboratoriyada işləmək;
  • ➝ Cihazlardan istifadə;
  • ➝ Analiz etmək;
  • ➝ Pedaqoji yönümlü bacarıqlara sahib olmaq.

Biologiya müəllimliyi üzrə:

  • ➝ İxtisası haqqında dolğun biliklərə sahib  olmalı;
  • ➝ Hər gün yenilənən bioloji, tibbi, elmi məlumatları izləməli;
  • ➝ Laboratoriyada sərbəst işləmək qabiliyyətinə malik olmalı;
  • ➝ Xüsusilə mikroskop və digər laboratoriya avadanlıqlarını istifadə edə bilməli.

Ümumi bacarıqlar:

  • ➝ Təşkilatçılıq  qabiliyyətləri. Bu  qabiliyyət  müəllimin uşaqları  birləşdirmək, onları məşğul  etmək, vəzifələri bölüşdürmək, işi  planlaşdırmaq, görülən işə yekun vurmaqvə s. Bacarığında  özünü göstərir.
  • ➝ Didaktik  qabiliyyətlər. Buraya  tədris materialını, əyani  vasitələri, avadanlıqlığı seçmək  və hazırlamaq, tədris materialını  başa düşülən şəkildə, aydın, ifadəli, inandırıcı  və ardıcıl nəql etmək, idrakı maraqların və mənəvi  tələbatların inkişafını stimullaşdırmaq, tədris-idrak fəallığını  yüksəltmək və s. Konkret bacarıqlar daxildir.
  • ➝ Perspektiv  qabiliyyətlər. Bu, şagirdlərin daxili  aləmini görmək bacarığında, onların  emosional vəziyyətini obyektiv qiymətləndirməkdə, psixikanın  xüsusiyyətlərini üzə çıxarmaqda özünü göstərir.
  • ➝ Kommunikativ  qabiliyyətlər. Bu  qabiliyyətlər  müəllimin şagirdlər, onların  valideynləri, həmkarları, tədris  müəssisəsinin rəhbərliyi ilə pedaqoji  cəhətdən məqsədyönlü münasibət yarada bilməsində  özünü göstərir.
  • ➝ Suqqestiv (təlqinedici )  qabiliyyətlər. Bu, şagirdlərə  emosional-iradi təsir  göstərməkdən ibarətdir.
  • ➝ Tədqiqatçılıq  qabiliyyətlər. Bu,  pedaqoji  situasiyaları  və prosesləri dərk etmək  və obyektiv qiymətləndirmək  bacarığında özünü göstərir.
  • ➝ Elmi – idrakı  qabiliyyətlər. Bu, seçdiyi  sahə üzrə elmi  bilikləri mənimsəmə  qabiliyyətidir.
  • ➝ İnformasiya – Kommunikasiya Texnologiyalarından istifadə bacarıqları.

Qeyd:  Müəllim  praktiki fəaliyyət  üçün bu qabiliyyətlərin  hamısı eyni dərəcədə vacib deyil. Son illərin  elmi tədqiqatları göstərir ki, bu qabiliyyətlər  içərisində “aparıcı” və “köməkçi” qabiliyyətlər vardır. Aparılan  çoxsaylı sorğuların nəticələrinə görə didaktik, təşkilatçılıq qabiliyyətləri  aparıcı qabiliyyətlərə aid edilir, qalanlar isə köməkçi qabiliyyətlər hesab olunur.

İxtisasın gələcəyi 

    Sənayemiz inkişaf etdikcə bu ixtisas da inkişaf edir. Hal-hazırda sənayeni kimyasız təsəvvür etmək olmur, eləcə də Biologiya. Əvvəlki illərlə müqayisədə indi müəllimlik ixtisasına maraq ildən-ilə artmaqdadır. Xüsusən, son illər bu peşə sahiblərinin əmək haqqındakı ciddi artım, eyni zamanda müəllimlərin işə qəbul və iş prosesində yaranan problemlərin həlli üçün yaradılan İnsan Resursları Mərkəzi müəllim nüfuzunun qorunmasında və artmasında müsbətə doğru atılan addımlardan biri oldu.

Əmək haqqı

    Bu ixtisas üzrə maaşlar  aylıq əməkhaqqının onun fəaliyyət prosesinin müddətindən asılı olaraq, həftəlik dərs yükünə görə təyin edilir:

  • ➝ Pedaqoji təcrübə 3 ilə qədər olduqda- 462 AZN
  • ➝ Pedaqoji təcrübə 3 ildən 8ilə qədər olduqda- 496 AZN
  • ➝ Pedaqoji təcrübə 8 ildən 13 ilə qədər olduqda 522 AZN
  • ➝ Pedaqoji təcrübə 13 ildən 18 ilə qədər olduqda 554 AZN
  • ➝ Pedaqoji təcrübə 18 ildən çox olduqda – 594 AZN təşkil edir.
  • ➝ Ancaq özəl liseylərdə maaşlar daha yüksək ola bilər.