Kinoşünas kino sənətinin tarixini, kinematoqrafiyanın xüsusiyyətlərini, kino sənətinin komediya, dram, sənədli film, tarixi film və s. kimi müxtəlif növlərini öyrənən mütəxəssisdir. Kinoşünaslıq ixtisası üzrə təhsil alan tələbələr televiziya verlişlərində redaktor işini, filmlər haqqında məqalə və resenziya hazırlamağı, filmlərin janr və üslublarını fərqləndirməyi, filmlərin müxtəlif növlərini fərqləndirməyi, kinoteatrlar üçün repertuar hazırlamağı, filmlər haqqında diskussiyada iştirak etməyi və s. öyrənirlər.Kinoşünaslıq üç yerə bölünür: Kino tarixi, kino tənqidi və kino nəzəriyyəsi.
Kino tarixi bütün bu sahələrin hamısından ən çox zəhmət, əziyyət tələb edən sahədi. Həyatının yarısından çoxunu arxivlərdə, kitabxanalarda keçirməlisən. Tarixlə bağlı hər bir faktı zərrəbinlə axtarıb tapmalısan. Kino tənqidçisi filmə baxır və film haqqında tənqidi fikirlərini əsaslandıraraq yazır. Kino nəzəriyyəçisi filmi nəzəri baxımdan əlaqələndirir. Kino tarixçisi isə daim axtarışda olmalıdır. İxtisas dünya incəsənət mədəniyyətinə maraq göstərənlər üçün uyğundur.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti öz əsasını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. O dövrdə M.F. Axundov adına Bakı Teatr Məktəbi təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı. 1945 – ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradılıb və 1968-ci ildən bu ali təhsil ocağı Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılmağa başlayıb. 1991-ci ildə İncəsənət İnstitutu Universitet statusu qazanıb. Kino və televiziya fakültəsi 1945 – ci ildə yaradılmış Teatr İnstitutunun yüksək sənət ənənələrini özündə saxlayan və bu gün də öz istiqaməti üzrə peşəkar kadr hazırlığını həyata keçirən bir tədris bölümüdür. 2016 – cı ildən ADMİU – da baş verən struktur dəyişiklikləri nəticəsində yenidən yaradılmış, Kino və televiziya fakültəsi 1997 – ci ildən Rejissor sənəti fakültəsi kimi fəaliyyət göstərmişdir
Hər bir ölkənin mədəniyyəti günü gündən inkişaf edir və müsbətə doğru dəyişir. Bizim ölkənində mədəniyyətinin inkişaf etdiyi bu dövrdə kinoşünaslıq ixtisası mühim yer tutur. İndiki dövrdə kino teatr kinoşünasliq çox prespektivli sahələrdəndir. Tələbələr bu ixtisası seçərək mədəniyyətimizin daha da dünyada tanınmasına səbəb ola bilərlər. Bu, eyni zamanda onların inkişafınada səbəb olacaq.