Qafqaz Universiteti məzunuyam və bir neçə il Türkiyədə Turizm sahəsində çalışdıqdan sonra 2014-cü ildə Avropaya Finans üzrə magistr təhsili üçün yol aldım. 2015-ci ildə Erasmus təqaüdü ilə Slovakiyaya transfer oldum ve eyni ildə Holcim Slovakiyada korperativ sistemdə işə başladım. 2 il yarım Slovakiyada, son 4.5 ili isə Praqa MSD ( Merck) şirkətində finans bölməsində administrativ vəzifədəyəm. Proyektlerin idarə edilməsi üzrə təkmilləşmə dərsləri alıram ve təcrübə keçirəm. Məncə 7 illik Avropa təcrübəmə dayanaraq gənclərimizə mentorluq edə bilərəm.