Bu peşə sahibləri şəxsi və peşə potensiallarını maksimum dərəcədə artırmağa ruhlandıran düşündürücü və yaradıcı bir prosesdə müştərilərlə tərəfdaşlıq edir. Məşqçiliyin əsas məqsədi insanlara yaxşılaşdırmaq istədikləri bir şeyi yaxşılaşdırmaqda kömək etməkdir”. Sahə “fəaliyyət yönümlü sahə ” kimi xarakterizə olunur və məqsədi fərdlərə kömək etməkdir. Bu sahədə çalışan müxətəssislərin öz ixtisaslarnı nəzəri və metodiki cəhətdən dərindən bilmələri vacibdir. Çünki bu sahədə ilkin və sonrakı nəticələri müqayisə edilir və alınan (inkişaf yolundakı) nəticələr açıqca İdman sahəsi üzrə məşqçilər məşğul olduqları sahə üzrə müəyyən təhsil və idman naliyyətləri qazanmış şəxslərdən formalaşmaqdadır.
Azərbaycanda 1930-cu ildə Zaqafqaziya formal universteti yaradıldı və sonradan adı dəyişdirilərək AzDBTİA oldu. Azərbaycan müstəqilik dövründən sonra Akademiyanın fəaliyyəti sayəsində idmanın müxtəlif sahələri inkişaf etməy başladı və müstəqil ölkə olaraq 1996-cı ildə Atlantada idmançılarımız olimpiya oyunlarında iştirak etdilər.
Ölkəmiz idman sahəsində bir çox beynəlxalq yarışlara ev sahibliyi edir və bu sahənin inkişafına xüsusi qayğı göstərir, bu sahənin inkişafı istiqamətində aparılan məqsədyönlü siyasət gələcəkdə daha böyük uğurlar qazanmaq üçün önəmli rol oynayır. Azərbaycanın beynəlxalq idman təşkilatları tərəfindən idman ölkəsi kimi tanındığı bir vaxtda bu sahə üzrə yüksək ixtisaslı kadrlara böyük tələbat vardır. Bu sahənin gələcəyi ilə bağlı daha ətraflə məlumat üçün 2015 -2024 cü il idman konsepsiyasına nəzər yetirə bilərsiz.
Bu sahə üzrə orta aylıq əməkhaqqı fəaliyət sahəsindən aslı olaraq 600 AZN civarındadır.