Mexatronika və robototexnika mühəndisliyi ixtisası
Mexatronika və robototexnika mühəndisliyi ixtisası
İxtisasın təsviri
Mexatronika və robototexnika mühəndisliyi günümüzdə elektronika, kompüter tətbiqi, proqramlaşdırma sahələrində texnologiyanın sürətlə irəliləməsi və eyni zamanda sənaye sahələrində avtomatikanın sürətlə inkişaf etməsi, ağıllı cihaz və robotların yaranması ilə yaranan mühəndislik sahəsidir.
Mexatronika və robototexnika mühəndisliyi Mexanika mühəndisliyi, Elektrik-elektronika mühəndisliyi və Kompüter mühəndisliyinin birləşməsi olaraq ortaya çıxaraq, zamanı, təbii qaynaqları və əmək vasitələrini səmərəli istifadə edə bilən, eyni zamanda müasir texnologiyanı və mühəndis məhsuldarlığını, ekoloji şərtləri gözardı etmədən ən səmərəli şəkildə istifadə edərək texnoloji dizayn ortaya qoya bilən mühəndis yetişdirən ixtisasdır. Peşə fizika, riyaziyyat, rəsm və kompüter elmləri ilə maraqlananlar üçün uyğundur.
İxtisasın tarixi
Bəşəriyyət tarixində ilk robot texnikalarından biri XII əsrdə yaşamış ərəb ixtiraçısı Əl – Cəzari sayıla bilər. Arfa, fleyta və nağara çalaraq tamaşaçıları əyləndirən mexaniki musiqiçilər yaratdığına dair sübutlar var. XV – XVI əsrlərdə yaşayan Leonardo da Vinçi, qollarını və ayaqlarını tərpədə bilən, dəbilqəsinin qabağını açan mexaniki bir cəngavərin təsvirlərini əks etdirən resmxətlər özündən geridə qoydu. Robotexnika mühəndisliyi isə XX əsrin əvvəllərində əmələ gəlmiş və inkişaf etmişdir.
Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)
➝ Mexatronika və robototexnika mühəndisləri məhsul, mexaniki gücü əmələ gətirmək üçün motor sistemləri, yaranan gücü ötürmək üçün mexaniki sistem, dəyişikliyi qeyd etmək üçün sensorlar, sistemə nəzarət etmək üçün mikroişlədici və bütün sistemi idarə etmək üçün kompüter proqramınlarından istifadə etməli;
➝ Eksperimental nəticələrin işlənib hazırlanmasında əsas üsullardan istifadə etməli;
➝ Mexatronika və mikroprosessorların element bazası, iş prinsipi, struktur təşkili, metodları və texniki vasitələri layihələndirməli;
➝ Kompüterlərin əsas xarakteristikalarını, parametrlərini qurmalı;
➝ Robot sistemləri üçün modelləşdirmə və materialların seçmək;
➝ Laboratoriyada və ya istehsal şəraitində robotların proqramlaşdırılması və istifadəyə verilməsi;
➝ Avadanlıqların quraşdırılmasına, avadanlıqların qəbulu və istismara verilməsində iştiraka nəzarət;
➝ Robotlar üçün profilaktik tədbirlərin hazırlanması;
➝ Robot avadanlıqlarının təmiri və texniki xidməti üzrə işlərin təşkili və onların icrasına nəzarət
➝ Ehtiyat hissələrin istehlakına və saxlanılmasına nəzarət;
➝ Hesabat və sənədləşmə işlərinin aparılması.
Harada bu ixtisasa sahiblənmək olar?
➝ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
➝ Azərbaycan Texniki Universiteti
→ Qərbi Kaspi Universiteti
Bu ixtisas üzrə harada çalışmaq olar?
➝ Aviasiya və kosmonavtika sahələri üzrə ofislərdə
➝ Müxtəlif istiqamətlər üzrə tədqiqat mərkəzlərində
➝ Kosmos, tibb, neft istehsalında
➝ Qida və yüngül sənaye istehsalında
➝ Texniki şöbə mühəndisi
➝ Baş mütəxəssis (texnoloq, elektrik-mühəndis, mexanik) avtomatlaşdırma layihə sistemləri mühəndisi
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
➝ İxtisasını dərindən bilməli;
➝ Məntiqi təfəkkürə malik olmalı, nəticələrin işlənməsi üçün riyazi metodları tətbiq etməyi;
➝ Analitik düşüncə bacarığı;
➝ Detallara diqqət yetirmək bacarığı;
➝ Texnoloji dəyişiklikləri və texniki yenilikləri mənimsəməyi bacarmaq;
➝ Güclü yaddaş;
➝ Mövcud olan riyazi üsullardan, mexanika və təbiət elmlərində riyazi modellərdən istifadə etməyi bacarmalı;
➝ Nano, mikro və makro səviyyələrdə materialların strukturları arasındakı korrelyasiyanı və əsas üç sinif materialları, metalları, polimerləri və keramikanın xassələrini başa düşməli;
➝ Məzunlar həmçinin, proqramlaşdırma dillərini – C/C++, C# , Python və s. kimi dilləri öyrənməli.
İxtisasın gələcəyi
Texnologiyanın inkişafı və robotlara olan ehtiyacın, tələbatın məişətdə və sənayedə artması bu ixtisasın daha da inkişaf edəcəyini və Azərbaycanda daha da yayılıb, iş yerləri açılacağını demək olar. Xüsusilə, sənayedə mikroprosessorlara olan tələbatı nəzərə alsaq, deyə bilərik ki, mexatronika və robotexnika ixtisasından olan məzunlara tələbat daha da artacaq.
Əmək haqqı
Bu günə kimi Azərbaycanda bu ixtisası bitirib müvafiq vakansiya üzrə çalışan yoxdur. Özəl şirkətlərdə isə (əgər təcrübəlisinizsə) 500 manatdan başlayır.
Bu əməliyyatı etmək üçün hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.