Musiqi müəllimliyi ixtisası

Musiqi müəllimliyi ixtisası

Musiqi müəllimliyi ixtisası

İxtisasın  təsviri

   Musiqi müəllimliyi ixtisasının əsas məqsədi tələbə və şagirdlərdə musiqiyə sevgi yaradaraq, onları not, səs, temp, instrument və ritm daxil olmaqla musiqinin bütün yönləri haqqında dərs tədris edə biləcək səviyyədə ixtisaslı kadr olaraq yetişdirməkdir. Musiqi müəllimləri təhsil müəssisələrində və ya fərdi şəkildə çalışaraq şagird və tələbələrin yaş qrupları və malik olduqları istedadları nəzərə alaraq, onların uyğun musiqi bilik və bacarıqlarına yiyələnmələrini təmin edirlər.

İxtisasın  tarixi

  Musiqi müəllimliyinin tarixi təxminən e.ə. 5-ci əsrə, yunan mədəniyyətinə  dayanmaqdadır. Belə ki, qədim Yunanıstanda təhsilin əsas məqsədinin cəmiyyətin həyatında aktiv iştirak edə biləcək vətəndaşlar yetişdirmək olduğu düşünülürdü və musiqi təhsili də həmçinin bu sistemə daxil edilmişdi. Beləliklə, musiqi təhsilinin verilməsi ilə bağlı olaraq bu sahəni tədris edə biləcək insanlara – musiqi müəllimlərinə də ehtiyac yaranmışdı.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  • ➝ Şagird və tələbələrin yaş və bacarıqlarına uyğun olaraq tədris planının hazırlamaq;
  • ➝ Musiqi ilə bağlı bilik və bacarıqların inkişafına kömək etmək;
  • ➝ Şagird və tələbələrin potensiallarının üzə çıxararaq onlara yön vermək;
  • ➝ Təhsil müəssisəlrində pozitiv və yaradıcı öyrənmə mühiti yaratmaq;
  • ➝ Şagird və tələbələrin inkişafını dəyərləndirmək üçün imtahanlar təşkil etmək və çalışamalarına nəzarət etmək;
  • ➝ Təhsil müəssisələrinin müxtəlif tədbirləri üçün şagird və tələbələrlə birlikdə performanslar hazırlamaq və məşqlər təşkil etmək.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
  • ➝ Azərbaycan Milli Konservatoriyası
  • ➝ Azərbaycan Dövlət Pedagoji Univeriteti
  • ➝ Bakı Musiqi Akademiyası
  • ➝ Naxçıvan Müəllimlər İnstutu
  • ➝ Gəncə Dövlət Universiteti
  • ➝ Naxçıvan Dövlət Universiteti
  • → Lənkəran Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • Bu ixtisasa yiyələnmiş şəxslər:
  • ➝ Orta məktəblərdə;
  • ➝ Musiqi kolleclərində;
  • ➝ Ali təhsil müəssisələrində;
  • ➝ Müxtəlif musiqi kurslarında;
  • ➝ Fərdi şəkildə fəaliyyət göstərə bilərlər.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ Musiqi bilik və bacarıqları;
  • ➝ Planlama və təşkilatçılıq bacarıqları;
  • ➝ Vaxtı səmərəli idarə etmək bacarığı;
  • ➝ Səbirli olmaq;
  • ➝ Peşə etikasına uyğun davranışlar sərgiləmək.

İxtisasın gələcəyi

  Müasir dövrdə peşələri gözləyən ən böyük təhlükə “Süni İntellekt” və texnoloji tərəqqi hesab edilsə də, onların musiqi ilə bağlı ixtisaslara yaxın zamanlarda ciddi təsir edəcəyi gözlənilməməkdədir. Belə ki, musiqi müəllimliyi də daxil olmaqla bu ixtisaslar birbaşa insanların bacarıqları və hissləri ilə bağlı olduğundan musiqi sənayesi insanlara gələcəkdə də ehtiyac duyacaqdır.

Əmək haqqı 

   İxtisas sahiblərinin maaşı onların malik olduqları bilik və bacarıqlardan aslı olaraq 500-1000 AZN aralığında dəyişməkdədir.