Musiqişünaslıq — musiqini, onun tarixini və nəzəriyyəsini, musiqi estetikasını, musiqi tənqidi və folklorşünaslıq – etnomusiqişünaslıq sahələrini özündə cəmləşdirən elm sahəsidir. İncəsənətin bir sahəsidir. Musiqişünaslığın quruluşuna tarixi (musiqinin ümumi tarixi, ayrı-ayrı milli mədəniyyətlərin və ya onların qruplarının musiqi tarixi, növ və janrların tarixi və s.), nəzəri (harmoniya, polifoniya, ritm, metrik, melodik, alət) istiqamətlərin bir – biri ilə əlaqəli bir sıra fənləri daxildir. Qeyd etmək lazımdır ki, musiqişünaslıq özü olduqca inkişaf etmiş və çoxtərkibli sistemi təşkil edir. Bu, iki səbəblə bağlıdır. Birincisi, musiqişünaslıq haqqında materialların müxtəlifliyi, ikincisi rakursların və bu müzakirə metodlarının müxtəlifliyidir.
Musiqişünaslığın aşağıdakı sahələri var:
➝ Musiqi nəzəriyyəsi
➝ Musiqinin tarixi
➝ Musiqi sosiologiyası
➝ Musiqinin fəlsəfəsi(eləcə də estetika bölməsi)
➝ Musiqi entoqrafiyası
➝ Musiqi tənqidi
➝ Musiqi akustikası
➝ Musiqi psixologiyası
➝ Musiqi tekstologiyası
➝ Musiqi folklorşünaslığı
➝ Liberettologiya
İxtisasın tarixi
Təxminən 50.000 il əvvəl insanlar həyat üçün yararlı qitələrdə məskunlaşmışdır. Tarixçilər təcrid edilmiş bir qrup tayfaların belə musiqisi olduğunu nəzərə alaraq ilk musiqinin də məhz Afrikada yarandığını güman edirlər. Afrikada yaranması güman edilən musiqi, 50.000 ildir ki, insan həyatının ayrılmaz bir hissəsinə çevrilmişdir. Müasir dövr də isə Azərbaycana musiqinin yaranma tarixi çox qədimə dayanır. Azərbaycan milli folklorunu təmsil edən, xalq və ya ayrı-ayrı azərbaycanlı bəstəkarlar tərəfindən yaradılmışdır. Azərbaycan musiqisi çoxəsrlik inkişaf yolu keçmişdir. Onun kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Çox qədim zamanlardan – Qobustanda qayaüstü rəsmlərdən (yallı-rəqs) – başlayaraq Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çoxlu sayda mahnılar, müxtəlif rəqslər, çobanların tütəkdə çaldığı havalar səslənir. İxtisas halında tədrisinə isə “Musiqi sənəti” ixtisası adı altında 25.08.2001- ci il tarixdən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində fakültə olaraq yaradılmışdır.
Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)
➝ Tələbələrə musiqi, onun tarixi haqqında, musiqi nəzəriyyəsi klassik musiqi təfəkkürü, musiqi necə olmalıdır, bəstəkarların yaradıcılığını öyrətmək;
➝ Musiqi əsərlərinin düzgün qavranılmasını öyrətmək;
➝ Tələbələrə düzgün musiqinin bəstələnməsini öyrətmək;
➝ Musiqi ədəbiyyatı, solfecio, musiqi akustikası, musiqi estetikası, folklorşünaslıq, musiqi psixologiyası fənlərini tələbələrə tədris etmək;
➝ Materialların hazırlanması, həmçinin annotasiyalar, icmallar, məqalələr, toplular, ensiklopediyalar, dərsliklər, tədris vəsaitlərinin tərtib etmək;
➝ Tələbələrə Azərbaycan ladları, səs sıralarını qurmaq major-minor sistemi öyrətmək;
➝ Azərbaycan ladlarını eşitmək qabiliyyətini aşılamaq;
➝ Musiqi tənqidi, məsləhət işləri;
➝ Filarmoniyalarda və digər mədəniyyət və incəsənət qurumlarında repertuarın formalaşdırılması;
➝ Mövzuların seçilməsi, mühazirələrin və konsertlərin təşkili və keçirilməsi;
➝ Pedaqoji və musiqi sahəsində tədqiqat fəaliyyəti
Harada bu ixtisasa sahiblənmək olar?
➝ Asəf Zeynallı adına kollec
➝ Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
➝ Azərbaycan Milli Konservatoriya
➝ Naxçıvan Dövlət Universiteti
→ Bakı Musiqi Akademiyası
Bu ixtisas üzrə harada çalışmaq olar?
➝ Asəf Zeynallı adına kollecdə
➝ Dövlət məktəblərində
➝ Özəl məktəblərdə
➝ Musiqi kurslarında: Desperado Music school, ZE Academy, Akkord Gitara kursları, Gitara Baku,
➝ Milli Konservatoriyada
➝ Mədəniyyət və İncəsənət Universitetində
➝ Bağçada
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
➝ İxtisas üzrə bilik və bacarıqlara yiyələnmək;
➝ Musiqi psixologiyasını bilmək;
➝ Fikrini rahat ve qısa zamanda çatdırmaq üçün səlis və lakonik nitq qabilliyəti;
➝ İdarəetmə bacarığı;
➝ Öyrətmək həvəsi olmalı;
➝ Güclü zehni yaddaş;
➝ Tələbələrlə işləmək;
➝ Öz biliklərini asanlıqla və anlaşılan dildə çatdırmaq;
➝ Pedaqoji biliklər, psixologiya üzrə nəzəri və praktiki bilik;
➝ Musiqini duymaq və təhlil etmək;
➝ Kollektivlə və komandada işləməyi bacarmalıdır;
➝ Musiqiyə sevgi;
➝ İstedadın olması;
➝ Geniş dünya görüşünün olması;
İxtisasın gələcəyi
Nə qədər cəmiyyət var, o vaxtda qədər də musiqi olacaq və yaşayacaq. Musiqinin var olduğu yerdə isə mütləq şəkil də musiqişünaslıq ixtisası tədris olunmalıdır. Çünki müsiqişünaslıq insanlara musiqi tarixini, ədəbiyyatını öyrədir. Ona görədə Azərbaycanda və xaricdə lazımlı və daim yaşayan, inkişaf istəyən sahə hesab olunur. Azərbaycanda da bu sahənin inkişafı üçün bu sahədə bilikli və bacarıqlı insanlara tələbat artacaqdır.
Əmək haqqı
Ortalama aylıq məvacib 250 – 450 AZN civarında dəyişir. Lakin, özəl və dövlət müəssisələrinə görə bu maaş fərqlilik təşkil edə bilər.
Bu əməliyyatı etmək üçün hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.