İxtisasın təsviri
Nəqliyyat mühəndisi insanlardan əlavə, yük və xidmətlərin başlanğıc nöqtəsindən bitiş nöqtəsinə çatdırılması üçün lazım olan bütün işləri həyata keçirən şəxsdir. Logistika sahəsi ilə birlikdə çalışan nəqliyyat mühəndisliyinin əsas vəzifəsi insanların və yüklərin bir yerdən başqa bir yerə ən uyğun maliyyə xərci ilə, sürətli və təhlükəsiz şəraitdə çatdırılmasını təmin etməkdir. Layihələndirmə, dizayn, baxım və bərpa kimi müxtəlif kateqoriyalı işlərdən məsul ola bilərlər.
İxtisasın tarixi
Hələ qədim dövrlərdən insan sivilizasiyalarının yaranması mal mübadiləsinin, ticarətin, insanlar arasında əlaqənin yaranmasını zəruri edirdi və nəqliyyat da elə məhz bu zərurət səbəbilə yaranmışdır. İnsanlıq tarixi boyunca nəqliyyatın inkişafı hər dəfə yeni bir ixtiranın edilməsi ilə inkişaf etmiş, hər dəfə daha yaxşı nəqliyyat sistemlərinin və vasitələrinin yaranması özündən öncəkinin meydandan çıxmasına və nəqliyyat srukturunun dəyişməsinə gətirib çıxarmışdır.
Bu ixtisas sahibi nə işlə məşğul olur?(iş öhdəlikləri)
Harada bu ixtisasa sahiblənmək olar?
Bu ixtisas üzrə harada çalışmaq olar?
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
İxtisasın gələcəyi
Nəqliyyat sahəsi günümzüdə ayrıca mühəndislik sənayesi halına gəlməkdədir.Bu səbəblə nəqliyyat sektorunda müşahidə olunan bu irəliləyişlər eyni zamanda əmək bazarında nəqliyyat mühəndislərinə olan tələbatı daha da artırmaqdadır və bu artımın önümüzdəki illərdə də davam etməsi gözlənilir.
Əmək haqqı
İxtisas üzrə maaşlar mütəxəssislərin bilik-bacarıqlarından, təcrübəsindən və işlədiyi müəssisədən asılı olaraq 550-2500 AZN arasında dyişməkdədir.