27 Sentyabr - Anım Günü qeyd edilir.

27 Sentyabr - Anım Günü qeyd edilir.

27 Sentyabr - Anım Günü qeyd edilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il 27 sentyabr taxrixi "Anım Günü" kimi qeyd edilir.

 

Bildirilib ki, bu təqvimin Azərbaycan tarixində çox mühüm əhəmiyyəti var. Məhz 2020-ci ilin bu günündə Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması üçün mübarizəyə qalxmış və 44 gün ərzində öz müqəddəs məqsədinə çataraq Vətənimizin ərazi bütövlüyünü təmin etmişdir.

 

Respublikanın bütün ümumi təhsil müəssisələrində ilk dərslər "Anım Günü"nə həsr edilib. Həmçinin ölkə ərazisinda 12:00 saatında şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

 

Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik!