Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ll mərhələsi üzrə sınaq imtahanına qeydiyyat davam edir.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ll mərhələsi üzrə sınaq imtahanına qeydiyyat davam edir.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ll mərhələsi üzrə sınaq imtahanına qeydiyyat davam edir.

Sınaq imtahanında istifadə olunacaq test tapşırıqları 11-ci siniflər üçün ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarının 2022-ci il yanvar ayının sonunadək olan hissəsini əhatə edəcək.

İmtahanın müddəti 3 saatdır (coğrafiya fənni üzrə əlavə imtahanın müddəti 1 saat). 

Sınaq imtahanına qeydiyyat 2 fevral saat 23:59-dək aparılacaq.

İmtahanlar fevralın 13-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq. Fevralın 20-də keçiriləcək coğrafiya fənni üzrə əlavə imtahan isə Bakı, Naxçıvan, Gəncə və Lənkəranda olacaq.

Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ yüklənilir.

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki (https://www.e-gov.az/az/services/read/3151/0?tqdk_xdm=22) vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır. Bundan sonra “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərsiniz.

Mənbə: Dövlət İmtahan Mərkəzi (DİM)