Azad edilən ərazilərdə peşə təmayüllü siniflər yaradıla bilər.
Azad edilən ərazilərdə peşə təmayüllü siniflər yaradıla bilər.
Bu barədə elm və təhsil nazirinin müavini Həsən Həsənli jurnalistlərə açıqlamasında məlumat verib.
"Artıq azad edilən ərazilərdə ümumtəhsil müəssisələri fəaliyyətə başlayıb. Düşünürük ki, əhalinin azad edilən ərazilərə qayıdışı mərhələli olduğuna görə təmayülləşmənin düzgün təşkili üçün say artmalıdır. Belə də həmin ərazilərdə peşə təmayüllü siniflərin təşkilinə baxıla bilər" - deyə o qeyd edib.