Azərbaycan dili üzrə sertifikasiya imtahanı modeli təqdim olunub.

Azərbaycan dili üzrə sertifikasiya imtahanı modeli təqdim olunub.

Azərbaycan dili üzrə sertifikasiya imtahanı modeli təqdim olunub.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən hazırlanan “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və imtahan modelinin təqdimatı keçirilib.

 

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bildirib ki, dövlət müstəqilliyimiz bərpa edildikdən sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açılıb: "Müstəqilliyimizin başlıca rəmzlərindən sayılan Azərbaycan dilinin inkişaf etdirilməsinə dövlət qayğısının artırılması, ana dilimizin öyrənilməsi, dilimizin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi və bu işə nəzarətin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlər aparılır. Ölkə rəhbərliyinin Azərbaycan dili ilə bağlı silsilə sərəncam və fərmanları dilin istifadəsinə və tədqiqinə dövlət qayğısının bariz göstəricisidir".

 

Sədr bildirib ki, DİM Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlara uyğun ölçülməsini nəzərdə tutan imtahanların təşkil edilməsi prioritet məsələ kimi müəyyən edib: "Bu məqsədlə mütəxəssislərlə birgə “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və sertifikasiya imtahanı modeli hazırlanıb. Belə bir proqramın hazırlanması və imtahanın keçirilməsi Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlar əsasında ölçülməsini təmin edəcək".

 

M. Abbaszadə vurğulayıb ki, "Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram artıq Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyatdan keçirilib və müstəsna istifadə hüquqlarının DİM-ə məxsus olduğunu təsdiq edən şəhadətnamə alınıb.