Bakı Regional Məşğulluq Filialının dəstəyi ilə "Əmək yarmarkası" keçiriləcək.
Bakı Regional Məşğulluq filialının dəstəyi ilə Xəzər Gənclər Evində 18 noyabr tarixində, saat 10:00-dan 13:00-a kimi “AL Market” MMC-nin əmək yarmarkası keçiriləcək.
“AL Market” MMC-də aşağıdakı vakansiyalar üzrə işə qəbul olunmaq istəyən şəxslər qeyd olunan tarixdə Xəzər rayon Gənclər Evinə yaxınlaşa bilərlər.
Müdir müavini (18-50 yaş)
Satıcı kassir (18-50 yaş)
➡️ Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
➡️ Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat “Mini Yarmarka”da iştirak edən şəxslərə təqdim olunacaq.
Əmək yarmarkası keçiriləcək ünvan və tarix:
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 1-ci dalan, 5B (Xəzər Gənclər Evi)
18 noyabr, 2022 ⏰ 10:00 - 13:00
Mənbə: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi