“Bir Gələcək” layihəsi 4500-dən çox şagirdi əhatə edib.

“Bir Gələcək” layihəsi 4500-dən çox şagirdi əhatə edib.

“Bir Gələcək” layihəsi 4500-dən çox şagirdi əhatə edib.

Azərbaycan Respubikasının Elm və Təhsil Nazirliyinin dəstəyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə “İctimai fəallığın artırılması ilə dəyişim əməkdaşlığı” layihəsi çərçivəsində keçirilən “Bir Gələcək” təşəbbüsü uğurla yekunlaşıb.

 

Məqsədi müxtəlif sahələrdə çalışan və uğur qazanan şəxslərin məzun olduqları məktəbə səfərinin, yuxarı sinif şagirdləri ilə görüşlərinin, təcrübə və bilik mübadiləsinin təşkili olan təşəbbüs çərçivəsində 50 Bakı, 20 region məktəbinə səfər həyata keçirilib.

 

Ümumilikdə 5 ay davam edən layihə Bakı, Sumqayıt, Şirvan, Salyan, Sabirabad, Lənkəran, Cəlilabad, Biləsuvar, Neftçala, Yevlax, Ağsu, Gəncə, Saatlı və Tovuz şəhərlərini əhatə edib. 

 

“Bir Gələcək” təşəbbüsünə spiker qismində dəvət olunmuş şəxslər I, II və III “Yüksəliş” müsabiqəsinin qalibləri, eyni zamanda müxtəlif dövlət və özəl qurumlarda çalışan mütəxəssislər, təhsil işçiləri və gənc peşəkarlar olublar.

 

Daha ətraflı: https://edu.gov.az/az/news-and-updates/20812-1