BP şirkəti "Gələcəyin Qadın İstedadları" adlı təqaüd proqramını elan edir.

BP şirkəti

BP şirkəti "Gələcəyin Qadın İstedadları" adlı təqaüd proqramını elan edir.

Proqram insanlar və planetimiz üçün enerji məsələsini yenidən nəzərdən keçirmək, gələcək sənaye innovatorlarını uğur qazanmaq naminə ruhlandırmaq və onları dəstəkləmək məqsədi daşıyır.

Təqaüd proqramı 2024-cü ilin iyun ayında məzun olacaq qız tələbələr (Azərbaycan Respublikası vətəndaşı) üçün nəzərdə tutulub. Proqram bakalavr təhsilində inkişafı dəstəkləməklə yanaşı, şirkət tərəfindən geniş imkanlar, bir sıra bilik və bacarıqlar əldə etmək imkanı təqdim edir.

Neft və rezervuar mühəndisliyi, Geologiya, Geofizika və yerşünaslıq, Qazma mühəndisliyi, Sənaye, Layihə, Mexanika, Kimya, Avtomatlaşdırma, Elektrik, İnşaat, Yeraltı qurğular, Boru mühəndisliyi sahələrini əhatə edən proqrama https://go.bp.com/a7z25 linkinə daxil olmaqla və ya QR kodu skan etməklə müraciət etmək mümkündür.

Son tarix: 3 may 2022

Apply here: https://sjobs.brassring.com/TGnewUI/Search/home/HomeWithPreLoad?PageType=JobDetails&partnerid=25078&siteid=5111&Areq=135423BR#jobDetails=152117_5111

Mənbə: BP - Future Female Talent Scholarship